Search for:
  • Ana səhifə/
  • Kateqoriyasız/
  • “Birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti buraya gələcəyin prezidenti olmaq arzusu ilə gəlirlər”

“Birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti buraya gələcəyin prezidenti olmaq arzusu ilə gəlirlər”

Paylaş:


Müsahibimiz:
Tofiq İsmayılov adına 6 saylı m


əktəb-liseyin
direktoru xanım


Gülş


ən Orucova


-Gülşən xanım, aldığımız məlumatlara görə, məktəbinizin
göstəriciləri ürəkaçandır, məzunlarınızın böyük əksəriyyəti dərhal ali məktəblərin
tələbələri olur. Bu nəticəyə necə nail ola bilmişsiniz?



Müəllimlərimizin
potensialı çox yüksəkdir. İstənilən məktəbin nəticəsi kadr məsələsidir. Həqiqətən,
bu məktəbdə bacarıqlı, potensialı yüksək olan, savadlı, müasir tələblərlə
uyğunlaşa bilən müəllimlərimiz çoxdur.


-Hamısı böyük potensiala malikdir?



Mən deməzdim
ki, hamsının potensialı yüksəkdir. Lakin əksər müəllimlərimizin buna malikdir. Hər
il ibtidai siniflərə axın həddən artıq çox olur. Tarix boyu məktəbə uşaqları
sevməsi, sinfi idarə etməsi, savadı, bacrığı, təcrübəsi dillərə dastan olan müəllimin
adına gəlirdilər. İndi isə tam əksinə-standartlara cavab verən, yüksək səviyyədə
şəraiti, geniş sinif otaqları, karidorları, idman zalı, kafesi və s. olan məktəbə
axın daha çoxdur. Xoşbəxtlikdən məktəbimizin
gözəlliyi ilə yanaşı, günün tələblərinə cavab verən bacarıqlı, savadlı, ciddi,
həmçinin də mehriban müəllimlərimiz də çoxdur. Bəlkə ona görə, bəlkə də imic
olaraq məktəbimizə axın çoxdur. Birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti buraya gələcəyin prezidenti olmaq arzusu ilə gəlirlər. 6 saylı məktəbin üzərində bu ad
var. Bu adı qazanmaq asan olmadığı kimi, onu qoruyub saxlamaq da bir o qədər çətindir.
Ona görə də müəllimlərimizin üzərinə ciddi məsuliyyət düşür. Bir rəhbər olaraq,
müəllimlərin öz üzərində daim işləmələrini onlara tövsiyyə edirəm. Bu cür məktəbdə
işləmək heç də müəllim üçün asan deyil. Yalnız yüksək potensiala malik müəllim
axıra kimi belə məktəbdə işləyə bilər.

Yaxşı
deyiblər, rəhbərlikdən çox şey aslıdır…

Məndən
öncə Ceyran xanım bu məktəbdə 15 il rəhbərlik edib. Kişi ciddiyyətli, tələbkar,
qüvvətli, diktator və s. xarakterli rəhbərdən sonra pambıq kimi yumşaq təbiətli,
həlim xasiyyətli insanın kollektivə rəhbərlik etməsi çox çətindir. Zəif
xarakterli rəhbərdən sonra işləməyə nə var ki… İstər-istəməz müqayisə edirlər,həmçinin
də fərqi görürlər. Mənim xasiyyətim Ceyran xanımdan fərqli olsa da pambıqla baş
kəsmək olar.

Öz işlərinə
ciddi yanaşmayanlar, kollektiv arasında nifaq salmaq istəyənlər, bununla belə,
işimizə mane olmaq istəyənlər pambıqdan qorxsunlar…

Çünki rəhbərlik
etdiyim ilk zamanlardan bu günə kimi çox naliyyətlərə nail olmuşuq. Bu faktdır.
Biz bu naliliyyətləri pillə-pillə qazanmışıq. Qazandıqlarımızı qorumağı da
bacarırıq, daha irəli getməyi də. Bir rəhbər olaraq, bu günə kimi ya pedaqoji şurada, ya da başqa
vaxt heç kəsi nə təhqir etməyi bacarıram, nə də alçaltmağı. Bu mənim
leksikonumda yoxdur. Bu cür çirkin leksikon nəinki rəhbərə, həmçinin də
insanlığa alçaqlıq gətirər. Özünə, işinə hörmət qoyan, doğru, düzgün leksikonu
olan rəhbərin kollektivi də sağlam olmalıdır. Axı biz bəşər üçün vətəndaş yetişdiririk.


-Məktəbiniz bu yaxınlarda əsaslı təmir
edildi, həmin vaxt şagirdləriniz dərslərindən geri qalmadılar ki? Çünki, təmir
zamanı məktəb binasından istifadə etmək mümkün deyildi, hətta belə söz-söhbətlər
yayılmışdı ki, prezidentin oxuduğu məktəb sökülür?



Qətiyyən.
Tam olaraq biz başqa bir məktəbə köçürüldük və tədris planımız qətiyyən
pozulmadı. Hətta biz fikirkəşirdik ki, müəyyən şagirdlər uzaqlığa görə məktəbdən
çıxar. Açığı, çox az-20 nəfərə qədər kontiningent kənarlaşdırıldı.


-O vaxt söz-söhbət gəzirdi ki, bu məktəb
artıq məktəb binası olmayacaq?



Bəli, belə
söz-söhbət gəzirdi, amma mən bilirdim ki, bu sadəcə olaraq şayiələrdir.


-Amma digər məktəblərlə bir ümumi cəhətiniz
var ki, sizin məktəbdə də fond pulu, bayramlarda hədiyyə pulu və s. adı altında
şagirdlərdən pul yığılır. Bunu valideynlər
və şagirdlər də təsdiqləyirlər. Bu nə ilə
bağlıdır: müəllimlərin maaşı azdır, yoxsa məktəblərin saxlanılmasına yetərincə
dövlət vəsaiti ayrılmır?



Bizim məktəbin özünün bank hesabı var. Mən demirəm ki, belə
şeylər yoxdur, ancaq minimium dərəcəyə enib. Danışan həmişə olub. Mən heç nəyi
gizlətmirəm. Necə deyərlər, ən gözəl biclik, düzlükdür. Misal çəkmək istəyirəm
sizə: bizdə tunel var, bu binadan idman zalına keçmək üçün. Ancaq tunelin
lampalarına 1750 AZN qaimə ilə pul vermişik.


-Dövlət yetərincə pul ayırmır?



Yox, ayırır,
yəni bu günki mərkəzləşmiş qaydada proses gedir. Məsələn, üç aydan bir 800 AZN zibil
paketinə pul veririk.


-Belə çıxır ki, bu məktəbi bu vəziyyətdə
saxlamaq məktəbin öhdəsinə düşür?



Bəli, müəyyən
mənada. Amma limit baxımından heç bir məcburiyyət ola bilməz. Anonim şəkildə
bankda 9800 AZN pulumuz var. Bank hesabımızı vermişik, istədiyi şəkildə
valideynlər pul köçürürlər. Bu gün ki gün Təhsil Nazirliyi şagirdlərin sayına
görə kart verib ki, ayı 600 AZN təşkil edir. Bəli, siz dediyiniz məsələyə
toxunacağam, əminliklə deyə bilərəm ki, bu gün belə şeylər tam yığışıb. Çünki, müəllimlərin
özü mənə şikayət edirlər ki, bu nədir, artıq valideynlər bizə diqqət qoymurlar?
Amma buna baxmayaraq, mən bu söz-söhbəti eşidirəm. Təhsil naziri dəyişəndə mən
belə bir təklif verdim: necə ki, tələbə komissiyası elektron ərizələr qəbul
edir, məktəblərə də uşaqlar elektron ərizələrlə qəbul olunsunlar ki, valideyn, direktor,
müəllim o kontakda olmasın. Düzdür, çox direktorlar etiraz etdilər. Mən başa
düşürəm nəyə görə. Dedim, bu mənim şəxsi fikirimdir. Hər halda 3 ildir ki, mən
rəhbərəm. Bu da az müddət deyil, bilavasitə başqa söz-söhbət ola bilməz. İnanıram
ki, cəmiyyətdə o fikir dəyişəcək.


-Gülşən xanım, müəllimlərin repetitorluq fəaliyyətinə
siz necə baxırsınız: haqq qazandırırsınız, ya əleyhinəsiniz?



Sözün
açığı, mən haqq qazandırmıram. Amma bu bir reallıqdır ki, bu gün cəmiyyətdə bu
fikri dəyişmək çox cətindir. Pilot məktəb kimi burada təmayüllü siniflər
açılıb. 10, 11-ci siniflərdə sırf ixtisaslarına uyğun olaraq fənlər keçirilir, onların
tədris proqramı da fərqlənir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, repetitor
yanına getməyən şagird yüksək bal toplaya bilməz.



Mehriban Məmmədzadə

Paylaş: