Search for:

İlqar Mahmudov: “Birincilər sırasında olmasaq da, axırıncı da deyilik”

Paylaş:


Müsahibimiz
Bakı Humanitar Kollecinin




direktoru İlqar Mahmudovdur





-İlqar mü


əllim, hazırda
ali və orta-ixtisas məktəblərinin əsas yaralı yeri semestr imtahanlarıdır. Belə
ki, bu prosesdə rüşvətin qarşısını almaq müşkül məsələyə çevrilib. Sizdə bu baxımdan
vəziyyət necədir?



-İlk növbədə, kredit sisteminin tətbiqi ilə bağlı
bütün imtahanlar yazılı şəkildə keçirilmir. Tələbələr üçün daha da rahat olsun
deyə, biz imtahanları test şəkilində qəbul edirik. Testlər də bir ay əvvəl bütün
uşaqlara paylanılır. Testlərəhazırlaşmaq üçün tələbələrin
yetərincə vaxtları olur. Bundan əlavə, müəllimlə tələbənin kontaktını minimiuma
endirmək üçün sessiya ərzində onlara dərs
deyən müəllim tələbədən imtahan götürmür. İmtahan zamanı qeyri-fənnin müəllimi nəzarətçi
kimi təyin olunur. Şükür Allaha, imtahan zamanı hazırlanmış imtahan testi ilə tələbə
üz-üzə qalır. Belə olduğu halda bütün problemlər aradan qaldırılır.


-Etiraf ed


ək ki, tələbələrin
əksəriyətində ruh düşkünlüyü yaranıb. Onlar bildirirlər ki, oxusaq da-oxumasaq
da bizdən rüşvət tələb edirlər. Buna nə deyirsiniz?



-Mən demirəm ki, neqativ
hallar olmur, amma tam əminliklə deyə bilərəm ki, bizdə bunların hamısının
qarşısı alınıb.



-Texnikumda hansı ixtisaslara axın daha
çoxdur v


ə


bu n


ə ilə əlaqədardır?



-Demək
olar ki, texnikumda oxuyan tələbələrin 70%-ni qızlar təşkil edir. Məncə, əksər
ailələr qızlarını gələcəkdə orta və musiqi məktəbində, körpələr evi və
bağcalarda çalışan, işləyən görmək üçün onlarda ibtidai sinif müəllimi,
fortopiano, məktəbəqədər, rəssamlıq, musiqi müəllimi ixtisaslarına yiyələnmələrinə
maraq və həvəs oyatdıqlarından bu ixtisaslara axın daha çoxdur. Qeyd etmək istəyirəm
ki, rəhbərlik etdiyim müəssisədə yuxarıda adları çəkilən ixtisaslar daha
pristijli sayılır.





-M


əktəbi əla qiymətlərlə
bitirənlər olurmu?

-Həddindən artıq həvəslə
çalışan əlaçılarımız var. Hətta elə olur ki, yazılı imtahanlarda, məsələn, biz
onlara 3 vərəq veririk, elə olur ki, 6 vərəq yazan tələbələr olur. Keçən il
bizim tələbələr Konstitusiya Məhkəməsinin keçirdiyi olimpiadada birinci yeri
tutdular. Bundan əlavə, əlaçılarımız “Mən azərbaycanlıyam” viktorinasında
birinci yerə çıxdılar. Yetərincə savadlı məzunlarımız çoxdur. Tam əminliklə deyə
bilərəm ki, biz elə şərait yaratmışıq ki, tələbə dərslərə vaxtlı-vaxtında gəlirsə,
bir az da müəlliminin öyrətdiyini qavraya bilirsə, o tələbənin problemi ola bilməz.
Bunu mən tam əminliklə deyirəm.



-Öd


ənişli əsaslarla tədris
edilən ixtisaslardan əldə edilmiş gəlirləri hansı prinsiplər əsasında
bölüşdürürsüz?



-Deməli, büdcədən kənar
vəsait toplanır, əvvəl onunla bağlı smeta hazırlanır, ilin əvvəlində həmin smeta
Təsil Nazirliyinə təqdim olunur, həmin smetanı təsdiq edəndən sonra vəsait
lazımi yerlərə xərclənir. Demək olar ki, 75% -80% müəllimlərə əlavə əmək haqqı
ödənilir. Yəni, maddi yardım kimi bayramlarda, ondan başqa, hansısa musiqi alətlərin
alınmasına, tələbələrə çox yük olmasın deyə, onların musiqi ixtisasları ilə bağlı
xərclərimiz. Məsələn, not dəftərilərinə, lazım olanda, maddi-texniki bazanın əsaslı
təmirinə, hansısa bir dəftərxana ləvazimatına, kompüterlərin alınmasına xərclənir.



-İl


ərzində


n


ə qədər tələbə qəbul
edirsiniz?



-Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına keçən il üçün planda nəzərdə tutduğumuz 411
yer vermişdik. TQDK plandan artıq 116 tələbəni də ixstisas almaq üçün müəssisəmizə
göndərdi. Beləliklə, auditoriyalarda yerlər doldu.





-Artıma s


əbəb nə
idi?



-Belə
düşünürəm ki, reytinq baxımından öndə olduğumuz üçün və ixtisaslarımız günün tələblərinə
cavab verdiyinə görə, burada təhsil alan tələbələrə ixtisaslarını onlara dərindən
mənimsədən müəllimllərin tədris etməsi, şəraitin yüksək səviyyədə olması kollecə
marağı artırmışdır. Kollecin məzunu bu günün kadırıdırsa, nə üçün də axın
olmasın? Bir də ki, Bakı çox da böyük şəhər deyil. Hamı, demək olar ki, bir-birini
tanıyır. Kollecdə təhsil alan tələbələrin qohum-əqrabası, qonum-qonşusu görəndə
ki, ixtisas baxımından kadr hazırlığı keyfiyyətlidir, nəyə görə də axın olmasın.





-Bel


ə çıxır
ki, başqa texnikumlarla müqayisə edib, bura üz tuturlar?



-Biz birincilər
sırasında olmasaq da, axırıncı da deyilik.



-Özünüz
barədə məlumat verərdiniz…

-1975-ci il iyunun 2 də
Bakı şəhərində anadan olmuşam. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonunda yerləşən
211 saylı orta məktəbi gümüş medalla bitirmişəm. Həmin ildə BDU-nun beynəlxalq
hüquq fakültəsinə qəbul olunmuşam. 1997-ci ildə BDU-nu fərqlənmə diplomu ilə
bitirib, Təhsil Nazirliyində işə qəbul olunmuşam. 2003-cü il oktyabr ayına qədər Təhsil Nazirinin köməkçisi və kolleqa
katibi vəzifələrində çalışmışam. 2003-cü ildən Bakı Humanitar Kollecinə rəhbərlik edirəm. Ailəliyəm. 2 övladım
var.


Mehriban Məmmədzadə

Paylaş: