Azərbaycanlı modelin boşandığı türk əri yenə evlənir
Tolqa Karel amerikalı sevgilisinə 20 min dollarlıq üzük alıb.
Azərbaycanlı modelin keçmiş əri evlənir. 42-CİParalel.az Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyədə yaşayıb, işləyən
Günay Musayevanın
tanınmış aktyor olan keçmiş əri yenidən evlilik yolundadır.
Bir müddətdir ki, Amerikada yaşayan aktyor
Tolqa Karel
ötən gün
İstanbulun
tanınmış səmti olan Nişantaşında görüntülənib. O, iş görüşməsi üçün İstanbula qayıtdığını deyib.
Tolqa Karel amerikalı sevgilisi ilə nişanlanıb. Karel amerikalı qızla 6 aydır birlikdə olduğunu və artıq ona evlilik təklifi etdiyini deyib. Təklifini o Yeni il gecəsində səsləndirib. Aktyor toyunun may ayında olacağını deyib. “Toyu
Dominikanda
edəcəyik. Bu yerin “Survivor”dan sonra məndə ayrı yeri var”.
Aktyor hələ tələbə olan amerikalı sevgilisinə 20 min dollarlıq üzük alıb.
T.Karel amerikalı sevgilisi ilə
Ötən ilin sentyabr ayında azərbaycanlı həyat yoldaşı Günay Musayevadan anlaşmalı olaraq boşanan Tolqa Karel oğlu Cahangiri görmək istəmədiyi barədə yayılan şayiələri də cavablandırıb. “Oğlum mənim canımdır. Sevgilimə də demişəm bunu. O da mənimlə razılaşıb və deyib ki, istəsə əgər Cahangir Can Amerikada bizimlə də yaşaya bilər. Türkiyəyə gələndə oğlumu görürəm. Belə şayiələr məni kədərləndirir”.
G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz bir şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə onlar rəsmən
ayrıldıqlarını
elan ediblər. Cütlüyün ayrılmasına səbəb kimi də
T.Karelin xəyanəti
göstərilir.
Tolqa Karel keçmiş həyat yoldaşı model Günay Musayevadan
məhkəməyə
şikayət edib. O, iddia edib ki, Günay Musayevanın sürücüsü tərəfindən silahla təhdid edilib.
42-CİParalel.AZ