Qadınları çox sevirəm…..
Müsahibimiz: Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, hüquq elmlər doktoru, “Şöhrət” ordenli Cənab Çingiz Abdullayevdir.
-Çingiz müəllim, hüquq təhsili
almısınız, elmi dərəcəniz var, amma yazıçı kimi məhşurlaşmısınız. Bunun əsas
səbəbi nədir?
Bilmirəm. Mənim peşəm mənə həmişə kömək
edib. İşdədə, həyyatımdada, yaradıcılığımdada. Mənim hüquqşünas olmağım geniş
kruqazor verir. Qanunları, maliyyə məsələlərinidə yaxşı bilirəm, o biri tərəfdən
də kitablarımın əksəriyyəti dedektiv durur, təbii ki, bu da mənim peşəmlə
bağlıdır.
-Maraqlıdır, tez-tez xarici səfərlərdə olursunuz, həm məsul vəzifə
daşıyırsınız, necə çatdırıb yazırsınız, bəlkə əsərlərinizi yazanda sizə kimsə
kömək edir?
Mən istərdim ki, olsun.
-Bəs bu enerji, qüvvət
haradandır?
Görünür nə isə varda. Mən sizə deyim bütöv ay mən
şənbə, bazar gedəcəyəm xaricə. Beş gün burada işləyib, hər cümə günü oturub
təyyarəyə harasa gedəcəyəm və elə etməliyəm ki, bazar ertəsi qayıdım Bakıya
işimlə məşqul olum.
-Bu qrafikanı
özünüz- özünüzə qurursunuz?
Bilirsiz, dünya belədir, nəisə əldə etmək üçün sənin
enerqiyan olmalıdır. Çaykovski deyirdi ki, tənbəl adam gözləyir ki, ilahi nə vaxt
gələcək. Bunlar hamısı boş şeydir. Oturub işləməlisən. Mən özümdə başa düşməliyəm
ki, nə isə olmalıdır 200 roman yazım. Doğurdanda buna enerji olmalıdır. Amma o biri
tərəfdən görünür bir az istedad olmalıdır. Tərifləmirəm özümü, ümumiyyətlə yazıçı
təvazökar ola bilməz. Biz istəyirik ki, bizi oxusunlar. Nəyə görə yazırıq? Təbbi
ki, özümüz üçün yazmırıq, yazırıq ki, bizi oxusunlar. Amma o biri tərəfdən başa
düşürəm ki, bu çoxdur, lap çoxdur yaxşı deyil deyirəm, amma əslində bəlkəm bir ildə
mənim tiraja çıxan kitablarım bizdə 1800 yazıçı var bəlkə onların bir-belə
roman yazmırlar mənim kimi. Düzdür bu həqiqətdir.
-Sizcə, Çingiz Abdullayevin
əsərlərində qeyri-adilik nədir ki, onu bu qədər çox oxuyurlar?
Səhv etmirəmsə
kitablarınızın tirajı 27 milyonu keçibdir…… Bəli, 27 milyonu keçib 29
dildə. Bunu oxuculardan soruşmaq lazımdır. Mənim çox ölkələrdə köşklərim var. Moskvada, Ukraynada, Qazağıstanda, Litvada, Latviyada bunların hamısından
xəbərdaram.
-Özünüz, öz haqqınızda da tam əminliklə deyirsiniz ki, bilirəm. Bilirdiniz
ki, belə də olmalıdır?
Yox, bunu heç kəs bilə bilməz. Məndən soruşanda istəyirsiz
uşaqlar yazıçı olsun. Deyirəm Allah göstərməsin qəti sürətdə yox cavabı verirəm.
-Niyə?
Ona görə ki, min yazıçıdan biri uğur qazanır. Heç kəs
qarant verə bilməz. Mən bilirəm ki, bu necə çətin peşədir və 1000 adamdan
biri, ona görə yox ki, bilirsiz başa düşə bilmisən niyə bu yazıçının kitabı
alınır, o birisilərini almırlar. Bakıda Nizami küçəsində mağaza var orada 42 min
adlı kitab var. Yeganə adam ki, öz köşküm var o da Çingiz
Abdullayevdir. Moskvadada belədir, düzdür Moskvada 6,7 adam var onların içində mənimdə
köşküm var. Mənim gözümə heç kəs vurulmayıb. Ona görə salıblar ki, məni oxuyurlar
və buna çatmaq çox çətindir, gündən-günə çətinliklər çoxalır ona görədə görün internetdə neçə milyard kitab var.Təbii ki, sən elə yazmalısan ki, sənin kitabına
pul verib kitabını alsınlar.
-Çingiz müəllim, dedektiv Dronqa
həyatda kiminsə prototipidi, yoxsa elə sizin arzuladığınız abstrakt dedektivdir?
-Yox təbiiki, abstrak deyil. Bilirsiniz görünür məndə bu hissiyyat var
idi, yaxşı müstəntiq, yaxşı kəşfiyyatçı olsaydım bəlkə yaza bilməzdim. Görünür ola
bilmədim kitablarımda özümdən yazdım və özümüdə belə şişirdib düzəltdim
Dronqa. Amma bu biri tərəfdən də görünür çox uğursuzda olmamışam. Nə qədər
ordenə, medallar, vəzifələr almışam. Görünür pis işləməmişəm. Bunu bilmək olmaz.
-Oxucularımıza nə yeniliklər
var?
Çoxdur, bir neçə romanlarıma kino çəkilməlidi. Birini Yavər Rzayev
çəkməlidir. Bir kinoda Moskvada çox tanınmış aktyor Yevqeniy Mironov var, onlar
məndən icazə alıblar mənim kitabımı alıblar. İyun ayında iki təzə kitabım
Fransada işıq üzü görəcək. Fransada ardıcıllıqla çox kitablarım
çıxır. Türkiyədə, Daniyada, Latviyada təbii Rusiyada 6,7 təzə kitabım
çıxmalıdır. Yəni çoxdur, bu gun səhər(25/02.2014)mənim altı təzə kitabım
Azərbaycanda azərbaycan dilində işıq üzü gördü.
–
Sizə gələn qanararların
hamısını özünüz mənimsəyirsiniz?
Azərbaycanda alan qanararları bunu mənim
tərcüməçilərim bilir hamısını uşaq evinə köçürdürəm. Axırıncı iki ildə
Azərbaycanda mənimlə müqavilə bağlanıb 190 kitabımı Azərbaycan dilində
buraxılır və hər kitaba təbii ki, müqavilə bağlayıb böyük qanarar alıram. Hər bir
kitabım 1000 ya 2000 manatdır. Bu sirr deyil. Mən sevinirəm ki, 6 kitab Azərbaycan
dilindədir. Mənə məlumat veriblər ki, 10 satılan kitabın 9 mənim kitabımdır. Mən
fəxr edirəm ki, və bununla sübut etdim ki, Azərbaycan yazıçısı nəyəsə nail ola
bilər. Bilirsiz mən indi bilirəm ki, bunu fəxrlə həmişə deyirəm ki mən
Azərbaycanlıyam.
–
Boş
vaxtlarınızda nə ilə məşqul olursunuz?
Kitab oxuyuram
-Hobbiniz nədir?
Hobbim çoxdur.
-Marağınız nəyədir?
Marağım dünyanı gəzib, görmək. Dünyanın harasında olum
gözəl qadınlarla tanış oluram. Gözəl qadınlar olmasa mən yaza
bilmirəm. Yaradıcılıq isdər şairdə, isdər bəstəkarda, sevgi üstündə qurulubdur.
–
Deyirlər
eybəcər qadın yoxdur, bununla razılaşırsınız?
Çoxda razılaşmıram. Amma əslində belədir. Hamısı gözəl
deyil, hamısını gözəl təsəvvür etmək olar. Baxır hansı gözlə baxırsan. Təbii
ki, hər uşaq üçün onun anası gözəldir. Elə kişi var ki, baxırsan bunu nəyə görə
sevir. Amma sevirdə…
–
Sonda
oxucularımıza nə deyə bilərsiniz?
Həmişə demişəm cavanlara mənim kitabımı oxumayın. Amma
kitab oxuyun, kompyuteri öyrənsinlər, xxı əsr informasiya əsridir. Kitab
oxumaqnan millətimizi, ordumuzu, daimə ayağa qaldıra bilərik. Bir günümü də
dəyişmək isdəməzdim. Necə yaşamışam 1000 dəfədə yaşasaydım, belə yaşamaq
istərdim.
–
Çingiz
müəllim, indiyə qədər neçə ölkədə olmusunuz?
79 ölkədə olmuşam. Avropada iki ölkə var
olmamışdım. Lixtenşteyn,
Albaniya.
Lixtenşteyndə
olmuşam, Albaniya isə qalıb. Amma Albaniyada mənim kitabım çıxıb.
-İnşallah Abaniyanıda görərsiniz.
Çox sağ olun.
–
Mətbəxnən
aranız necədir?
Çox gözəldir. Bizdə xüsusi aşpaz var. Dünyada 10 gözəl
restoran varsa onların 8-də mən olmuşam və hamısından çox mən yerliçiyəm və mən
çox xoşlayıram. Azərbaycan Bakı
xörəklərini.
–
Məsələn,hansı yeməyi?
Düşbərəni, qutabı, xingalı.
–
Sevdiyiniz
rəng?
Qara.
–
Hədiyyə
sevməyi sevirsiniz, yoxsa almağı?
Almağı heç sevmirəm, hədiyyə bağışlamağı sevirəm.
Mənə nəsə gətirəndə katibələrim yola salırlar
ki, olmaz.
–
Tez-tez
hədiyyə bağışlayırsınız? Yəqin ki, qadınlar üstünlük təşkil edir?
Bəli, tamamilə doğrudur. Bilirsiniz çox maraqlıdır. O,gün
ki, mən başa düşsəmki mən qadınları sevmirəm, həmin gün mən yazıçı kimi
ölərəm. Heç vaxt, heç nəyi yaza bilmərəm. Bu məndən asılı deyil.Bu hiss olmasa mən
heç nə yarada bilmərəm. Yaradıcılıq sevgiylə bağlıdır.
Qadınları
sevməlisən bu olmasa heç nə yaratmaq olmaz.
–
Həyatınızda qadınlar çox olub?
Çox.
–
Sevginiz qarşılıqlı olub?
Mən kitablarımın
birində yazmışam ki, məni sevən qadınlara və məni sevməyən, özünü görsədən kimi, guya məni sevən qadınlara KİTABIMI HƏSR ETMİŞƏM.
–
O, sevməyən qadınları məcbur edən nədi
ki, sizə yalan sevgi bildirirlər?
Populyar adam
belədir, nə qədər qadınlar gəlirlər ki, şəkil çəkdirək, qadınlardan ən azı hərgün
15 məktub alıram. Bu realdır.
–
Sonda jurnalımıza ürək sözünüz?
Sevinirəm
ki, jurnalda belə gözəl baş redaktor var. Arzu edirəm ki, daha böyük uğurlar
olsun.
Mehriban Məmmədzadə.