Search for:

Diva “donuz qripi” oldu

Paylaş:


Artıq həkimlər Bülənt Ərsoyun müalicəsinə başlayıblar.

Türk sənət musiqisinin divası hesab edilən


Bülənt Ərsoy


“donuz qripi”nə yoluxub.


42-ciparalel.az-ın məlumatına görə,


Qaziosmanpaşa


Avropa Özəl Şəfəq Xəstəxanasının baş həkimi Bülənt Şahin Bülənt Ərsoyun qrip səbəbilə xəstəxanaya müraciət etdiyini bildirib. Onun sözlərinə görə, ilkin analizlərin nəticələri “donuz qripi” əlamətləri ilə uyğundur.



Həkim son günlərdə “donuz qripi” ilə bağlı müraciətlərin çoxaldığını bildirərək Bülənt Ərsoyun da müalicəsinə başlanıldığını söyləyib. O bildirib ki, təcili müalicəyə başlanılıb. Bütün lazımi tədbirlər görülüb və onun vəziyyətinin ağır olmasına baxmayaraq həyati təhlükəsi yoxdur.

Bülənt Ərsoy – türkiyəli müğənni




Bülənt Ərsoydan sonra anası ilə sürücüsü də eyni şikayətlərlə xəstəxanaya yatırılıb. Anasının vəziyyətinin bir qədər ağır olduğunu deyən həkim, müğənninin hazırkı analizlərinin “donuz qripi” əlamətləri ilə üst-üstə düşdüyünü, lakin tam dəqiq cavabların bu axşam bəlli olacağını deyib.




Sənətçinin hazırkı vəziyyətini stabil dəyərləndirən həkim onun tezliklə evə buraxılacağına ümid etdiyini bildirib.




Dünən


Bülənt Ərsoyun prodüseri “Söyləməsəm, olmaz” verilişində müğənninin xəstələndiyini və “donuz qripi” riski olduğunu demişdi. Müğənninin özü də verilişə zəng vuraraq xəbəri təsdiqləyib.

42-ciparalel.az

Paylaş: