Search for:

Cəbhədə atışma, erməni əsgəri məhv edildi

Paylaş:


Ermənilər sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

İşğal olunmuş


Azərbaycan


torpaqlarında erməni əsgər öldürülüb.




42-ciparalel.az  “news.am”-a istinadən verdiyi məlumata görə, hadisə yanvarın 9-da saat 21.30 radələrində qeydə alınıb.




Hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Aramais Voskanyan Azərbaycan əsgərlərinin sərrast atəşi ilə məhv edilib.




Ümumiyyətlə, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.




Bundan bir müddət əvvəl də Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbçisi ölüb. 1994-cü il təvəllüdlü Vardan Arturoviç Vardanyan cəbhənin şərq istyiqamətində atəşkəsin pozulması nəticəsində öldürülüb.




Azərbaycan və Ermənistan qoşunlarının


təmas xəttində


baş verən atışma nəticəsində dekabrın 11-də erməni hərbçi yaralanmışdı.




Azərbaycan Müdafiə Nazirliyi isə cəbhədə artan gərginliklə bağlı açıqlama verərək bildirmişdi ki, “Son günlər


Seyran Ohanyan





Serj Sarkisyan


cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür”.




Erməni tərəfi Azərbaycana


cəbhədə tankları


işə salmaqda ittiham edib. Azərbaycanın Müdafiə Nazirliyindən isə bildirilib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.




Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri


yaşayış məntəqələrimizi


minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar.




Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək.

42-ciparalel.az

Paylaş: