Search for:

Sürücülərin nəzərinə !

Paylaş:


Müsahibimimiz DYP Qaradağ postunun rəisi komandir tras
polis-mayoru Vüqar Əsgərovdur.


-Vüqar müəllim, bütün günü nəqliyyat axınının idarə edilməsi ilə
məşğulsunuz. Azərbaycan sürücüsünü necə xarakterizə edərdiniz və bu xarakterdə
sizin işinizə maneə olan elementlər hansılardır?


İlk növbədə onu qeyd etmək
istərdim ki, Azərbaycan sürücüsünün əksəriyyətinin sürücülük mədəniyyəti çox
aşağı səviyyədədir.



Bu bizim sürücülərin ən ümumi xarakteridir.  Elə bizim işimizi də çətinləşdirən əsas məsələ
sürücülərimizin savadsız və mədəniyyətsiz olmasıdır. Çox istərdim ki,
sürücülərimiz yol hərəkəti qaydalarını bilsin və onun tələblərinə ziyalıcasına
riayət etsin.  Bəzən internetdə
video-roliklər yerləşdirirlər ki,  orada
sürücü yol polisinə  nöqsan tutur,  təəssüf  ki, bu yalnız xaricdə olur,  bizdə belə sürücülərə rast gəlinmir.  “Yol mədəniyyətdir”  ifadəsi yalnız yolun özünə deyil,  həm də onun sakinlərinə,  yəni sürücülərə aid olmalıdır.  Sürücü olaraq  yola çıxan hər bir şəxs anlamalıdır ki,  onun məsuliyyətsiz  hərəkətlərindən yalnız özü yox, həm də
başqaları zərər çəkə bilər.  Ona görə də
sürücülər öz işinə ikiqat,  Ã¼Ã§qat
məsuliyyətlə yanaşmalıdırlar.


– Sizcə bu nə ilə bağlıdır?


Əsasən bu arxayınlıqdan və məsuliyyətsizlikdən qaynaqlanır.


Bəlkə bu da mentalitetdən qaynaqlanan
məsələdir.  Kimsə,  kiməsə arxayındır,  kiməsə güvənir və özünü bütün məsuliyyətdən
azad  hiss edir. Belə hisslər isə gətirib
bədbəxt hadisələrə, ailə faciələrinə çıxarır.  Biz sürücü olaraq başa düşmürük ki, arxamızda,
 dayağımızda kimin dayanmasından asılı
olmayaraq,  bir anlıq
məsuliyyətsizliyimiz  böyük  faciələrə yol aça bilər.  Məncə bunu anlasaq çox şeyi dəyişə bilərik.  Qəzaların sayı əsaslı şəkildə azala bilər.  Bütün sürücülərimizə peşəkarlıq,  məsuliyyət və uğurlu yollar arzulayıram.


– Günbəgün qadın sürücülərimizin
sayı artmaqdadır. Amma bəzi hallarda xanımları yaxşı sürücü kimi qəbul
etmirlər. Siz necə düşünürsünüz, xanımlarımız sürücü kimi bəylərdən geri qalmır
ki?


Mən
 xanım sürücüləri normal qəbul edirəm.
Səbirli,  məsuliyyətli və ehtiyatlı
sürücüdürlər  xanımlarımız.  Kişilərlə müqayisədə  xanımlarımız bir sürücü kimi çoxlu müsbət
keyfiyyətlərə malikdirlər.  Məsələn,  xanımlarımız kişilərə  nisbətən sükan arxasında çox diqqətli və
səbirlidirlər.  Düzdür,  xanımlarımız sükan arxasına təzə-təzə keçəndə
bəzilərində bir qədər peşəkarlıq aşağı səviyyədə idi.  Amma indi xanımlarımız tam peşəkarcasına
sərbəst şəkildə sükan arxasına keçib yola çıxmırlar, bu birmənalı belədir
artıq.  Bu səbəbdən yol-nəqliyyat
hadisələrində də xanımların adı nadir hallarda keçir.  Məsələn,  bizdə xırda yol nəqliyyatı hadisələrinin sayı
ayda təxmini 10-15-ə çatır,  onun biri
qadın sürücülərlə bağlı ola bilər.  Onlar
çox vaxt yol-nəqliyyat  hadisələrində
günahsız tərəf kimi hallanır.  Yəni kimsə
gəlib xanımın avtomobilini vurur.  Elə
şəhərdə də xanım sürücülərimiz kişilərə nisbətən çox diqqətli sürürlər.




Amma bəzi bəylərimiz qadın sürücülərdən
giley-güzar edirlər, sizcə,  bu nədən
irəli gəlir?


Ola
bilər,  bəlkədə xanımlarımız  kişilər kimi özündən razı halda
“avtoş”luq etmirlər, ona görə bəylərin xoşuna gəlmir (gülür). Amma
bir mütəxəssis kimi,  zənnimcə normal
həyatda hamı sürücü ola bilər,  bu
qadınların da danılmaz haqqıdır.  Mən
deyərdim ki, bəlkə də qadınlar öz peşəkarlığı ilə daha çox sürücü olmağa haqq
ediblər.  Odur ki, qadın sürücülər haqda
heç kim pis fikir söyləyə bilməz.  Ã–lümlər,
yüksək sürət, sərxoş halda sükan arxasına keçmək və s. bunları törədənlərin
böyük əksəriyyəti kişi sürücülərimizdir.  Statistikaya baxanda,  É™slində qadın sürücülərimiz kişilərdən
narazılıq eləməyə daha çox haqlıdırlar.




Vətəndaşların bizə müraciətlərində çox vaxt
qeyd edilir ki, sizin postda sürücülər qeyri-qanuni olaraq saxlanılır,
əməkdaşlarımız sürücülərdən rüşvət alır. Hətta  internetdə bunu əks etdirən video-roliklər
yerləşdirilib. Bu məsələyə münasibətiniz necədir?


Belə
bir faktın baş verməsi indi qeyri-mümkündür. Çünki hal-hazırda həm bütün
əməkdaşlar ciddi nəzarətdədir,  həm də
sistem elə qurulub ki, inspektorun qaydaları pozmuş sürücü ilə işbirliyinə
ehtiyacı yoxdur. Yol polisi əməkdaşlarının qaydaları pozuntusu sürücülər
haqqında protokol tərtib etmək maraqlıdır,  Ã§Ã¼nki onlar ödənilən cərimənin 25 faizini
mükafat kimi alırlar.  Mənim bir işçim
yazdığı cərimələrin faizinə görə ayda təxminən beş min manat mükafat alır.  Belə işçi üçün rüşvət almaq sərf etmir.  Hökumət halal olaraq bu qədər nəvacib verirsə,
 yol polisi əməkdaşı nə üçün öz
vəzifəsini təhlükə altına atmalıdır?  Amma digər tərəfdən yol polisi qaydaları
pozmayan sürücünü də saxlaya bilməz.  Ona
görə ki, kamera şahidlik edir,  qayda
pozmayan sürücünü saxlayan yol polisi əməkdaşı bu barədə səbəb göstərərək
izahat verməlidir.  Amma bəzən sürücülər
əsassız şikayətlər də edirlər.  Mən
deyərdim ki, şikayətlərin böyük əksəriyyəti təsdiqini tapmır.  Bu da ondan irəli gəlir ki, Azərbaycan
sürücüsünün əksəriyyəti öz hüquq və vəzifələrini bilmir,  bizim əsas bəlamız da budur.  Ã‡Ã¼nki bilməməzlik məsuliyyətsizliyə gətirib
çıxarır. Hal-hazırki vəziyyətdə cənab nazirin göstərişi ilə postlarda və maşınlarda
kameralar quraşdırılıb. Əgər vətəndaş şikayət edirsə kamera görüntüsü olmadan
da araşdırma aparılır və şikayət təsdiqini tapırsa həmin inspektor cəzalanır.  Belə şikayətlər əsasında biləsiz yüzdən çox
yol polis əməkdaşı xidmətdən xaric olunub.


-Bu ağır işin öhdəsindən gələ
bilirsinizmi?


İşimizin
öhdəsindən tam olaraq gələ bilirik.  Ä°ndi
bizdə elə bir çətin işimiz yoxdur. Qayda pozan varsa,  radara düşür,  protokolunu tərtib edirik, vəssalam….
Cinayətkarlıqla mübarizə də eyni qaydada davam edir.  Adətən belə işlər peşəkarlar üçün elə də
çətinlik törətmir.




Sonda sürücülərimizə nə tövsiyə
verirsiniz?


Yaxşı
olardı ki,  sürücülərimiz evdən çıxanda
evə qayıtmaq barədə fikirləşsinlər. Çünki statistika göstərir ki,  bizim sürücülər evdən çıxarkən geri dönmək
barədə deyil, mənzil başına daha tez çatmaq barədə düşünürlər.  Amma mən arzulayardım ki,  onlar daha çox evə sağ-salamat qayıtmaq barədə
düşünsünlər.  Belə ki, 2012-ci ildə bizim
ərazidə 37 yol-nəqliyyat hadisəsi baş verib ki,  nəticədə 30 nəfər həyatını itirib,  25 nəfər isə yaralanıb.  Ã–tən il hadisələrin sayı 34-ə, ölənlərin sayı
26-a ensə də, yaralıların sayı 13 nəfər artaraq 38-ə yüksəlib.  Sonda bütün sürücülərə təhlükəsiz yol
arzulayıram,  yolları daima açıq allahın
əmanətində olsunlar.


Mehriban Məmmədzadə.

Paylaş: