“Azər İşıq” və “Azərsu”nun işçiləri öldü

0
1749456094.224553

42-ciparalel.az



Onlardan birinin üstünə transformator, o birinə isə boru düşüb.


“Azər İşıq” və “Azərsu”nun işçiləri bədbəxt hadisənin qurbanı olublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə, hər iki hadisə dekabrın 7-də qeydə alınıb.


Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, orada ölüb.


İkinci hadisə isə Abşeronda baş verib. Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb. O, hadisə yerindəcə keçinib.


Hər iki hadisə ilə bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir