İstanbulda güclü partlayış, 10 ölü
Kamikadze özünü Sultan Əhməd meydanına toplaşanlar arasında partladıb.
Türkiyənin İstanbul şəhərindəki Sultan Əhməd Meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
42-ciparalel.az Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul Valiliyinin yaydığı açıqlamada bildirilir.
Türkiyənin
İstanbul
şəhərində,
Sultan Əhməd
məscidi qarşısında güclü partlayış olub.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, deyilənlərə görə, üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək, özünü partladıb. İnsident nəticəsində neçə nəfərin öldüyü və yaralandığı bilinməsə də, amma sayın çox olacağı güman edilir.
Partlayış baş verən ərazi
Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı
Ankarada dəhşətli partayış
baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.
Partlayış bir qurup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.
Bu hadisədən sonra Türkiyədə
3 günlük matəm
elan edilib.
Ankara terror hadisəsi anı
İyul ayının 20-də işə Şanlıurfada kamikadze özünü Suriyaya yardım aparmağa hazırlaşan gənclərin arasında partladıb. Bu hadisədə onlarla insanın ölümünə yol açmışdı.
42-ciparalel.az