Qurum rəsmisinin sözlərinə görə yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.
Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.