Search for:

İran ABŞ-dan üzr tələb etdi

Paylaş:


“Amerikalı dənizçilər İranın ərazi sularına daxil olub”.


İran


ABŞ-dan

onun ərazi sularına müdaxilə etdiyi üçün üzr tələb edir.




42-ciparalel.az-ın  məlumata görə, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral

Əli Fadavi


Con Kerri

ilə söhbəti zamanı deyib. “ABŞ-dan olan dənizçilər İranın ərazi sularına daxil olub və bu səbəbdən ABŞ üzr istəməlidir”, – deyə Fadavi bildirib.




Onun sözlərinə görə, ötən gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin

iki kateri

İranın ərazi sularına daxil olub və 40 dəqiqə manevr edib. Hərbi kateri görən İran dənizçiləri onu saxlayıblar.

Əli Fadavi – İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri




Amma ABŞ tərəfi hərbçilərin neytral sularda saxlanıldığını iddia edir. Pentaqon rəsmisi hadisədən sonra açıqlama verərək Tehranla danışıqlar aparıldığını deyib. Saxlanılanlardan biri qadındır. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. “İran rəsmiləri ilə əlaqəyə keçmişik. Hərbçilərimizin təhlükəsiz və yaxşı olduğuna dair bizə məlumat verildi. Dənizçilərimizin yollarına qısa zaman ərzində davam etmələrinə icazə veriləcəyinə dair təminat aldıq”.




Hadisədən sonra İran xarici işlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verdiyi bildirilirdi.





Pentaqonun

mətbuat katibi Piter Kuk bildirib ki, katerlər Küveyt sularından keçməklə Bəhreynə gedirdi. Kukun sözlərinə görə, katerlərdə texniki problemlər olduğu üçün onlar istiqamətlərini müəyyən edə bilməyiblər.


Dekabrın 30-da isə İran ABŞ-a məxsus “Harri Trumen” aviadaşıyıcısı Hörmüz boğazı vasitəsilə

Fars körfəzinə

daxil olduğu vaxt raket atışı təliminə başlamışdı. İranın elit hərbi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ABŞ hərbi gəmisindən təxminən 1.4 kilometr məsafədə döyüş raketlərindən atəş açıb.

Bundan başqa, atəş açılan ərazidə

Fransa

freqatı, ABŞ-ın “Buckley” esminesi və kommersiya gəmiləri olub. İran Hərbi-Dəniz Qüvvələri radio vasitəsilə atəş açmaq niyyəti barədə məlumat verərkən ABŞ gəmiləri “beynəlxalq dəniz dəhlizində” olub. Xəbərdarlıqdan sonra bir neçə idarəolunmaz raket buraxılıb.

42-ciparalel.az

Paylaş: