Search for:

Kim Çen Inın hidrogen bombasına cavab (FOTO)

Paylaş:


Yeni bomba nüvə test mərkəzləri və silah anbarlarını yox edə bilər.


ABŞ


Şimali Koreyanın


Hidrogen

bombasını sınaqdan keçirməsinə cavab olaraq yeni bir bomba hazırlayır.




42-ciparalel-in məlumatına görə, ABŞ-ın “New York Times” qəzetinin yazdığı xəbərdə qeyd edilir ki, ötən ay ABŞ ordusunun

Nevadada

, səhrada sınaqdan keçirdiyi B61-12 raketinin daha təkmilləşdirilmiş versiyası hazırlanır.

B61-12 model raket şəklindəki nüvə bombası


Hazırlanan yeni bomba növü müharibə zamanı Şimali Koreyanın nüvə test mərkəzlərini və silah anbarlarını yox etmək məqsədi güdür.

Yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.


KXDR “məsul nüvə dövləti” olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa,

Pxenyan

bildirib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.





BMT Təhlükəsizlik Şurası isə bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib. Hələ ötən ilin dekabr ayında KXDR lideri

Kim Çen In

ölkəsində hidrogen bombası olması barədə məlumat verib.

Kim Çen In Şimali Koreya lideri

42-ciparalel.az

Paylaş: