Search for:

Türkiyədə qanlı gecə, 5 ölü (FOTO)

Paylaş:


PKK terrorçuları polis idarəsinə, onların qaldıqları binaya basqın ediblər.


Türkiyənin

Diyarbəkir vilayətində terror hadisəsi zamanı ölənlərin sayı artıb. Ən son məlumata görə, 5 nəfər terrorun qurbanı olub. Onlardan biri körpədir. 39 nəfər isə yaralanıb.


42-ciparalel.az-ın”İHA”ya istinadən verdiyi məlumata görə, vilayətin Çinar rayonunda

PKK

terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib.



Yerli vaxtla saat 23.30-da (

Bakı

vaxtıyla 01.30) terrorçular polis şöbəsi, jandarma idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər. Təhlükəsizlik qüvələrinin cavab atəşi ilə tərəflər arasında insident baş verib.


Atışma zamanı 8 terrorçu öldürülüb.




Hücum nəticəsində polis idarəsinin binasına böyük ziyan dəyib, 2 mərtəbəli bina çöküb.




Yaralılar arasıanda polislər və onların yaxınları var. Gecə baş verən hadisə ilə bağlı həkimlər təcili işə çağırılıblar.

Terror aktı nəticəsində polis idarəsinin binası dağılıb




Qeyd edək ki, bu son iki gündə baş verən ikinci terror aktıdır. Yanvar ayının 12-də Türkiyənin

İstanbul

şəhərində,

Sultan Əhməd

məscidi qarşısında

güclü partlayış

olub.


İŞİD üzvü olduğu deyilən şəxs özünü turist qrupunun yaxınlığında partladıb. Hadisə nəticəsində 10 alman turist ölüb, 15 nəfər yaralanıb.

Partlayış baş verən ərazi




Bu hadisədən 3 gün əvvəl isə üzərində bomba olan bir şəxs özünü polis şöbəsinə yaxınlaşaraq partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisənin görüntüləri




Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı

Ankarada dəhşətli partayış

baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.


Partlayış bir qrup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.


Bu hadisədən sonra Türkiyədə

3 günlük matəm

elan edilib.




42-ciparalel.az

Paylaş: