Bakı tərsanəsi 3 gəmini suya buraxmağa hazırlaşır
BP Azərbaycan isə “Şah Dəniz-2” üçün 378 milyon dollarlıq gəmi hazırladır.
Bakı Gəmiqayırma zavodunda
aprelə qədər 3 gəmi hazırlanaraq suya buraxılacaq.
Gəmilər Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Şirkəti və “Keppel Offshore & Marine”nin pay sahibi olduğu Bakı tərsanəsində hazırlanır.
42-ciparalel.az-ın məlumatına görə, istifadəyə veriləcək 3 yeni gəmi 80 yerlik olacaq. Gəmilərin tikintisi
Azərbaycan Xəzər Dənizçiliyi
qurumunun sifarişi ilə aparılır.
Bundan başqa tərsanədə
“Şah Dəniz-2”
yatağında sualtı işlər aparmaq üçün “Xankəndi” gəmisinin inşası davam edir. Gəminin dəyəri 378 milyon dollardır. Adıçəkilən gəmi BP Azərbaycanın sifarişi ilə hazırlanır və 2017-ci ildə tamamlanacaq.
“Baku Shipyard” tərsanəsi 2013-cü ildə açılıb. Zavod özəl və kommersiya gəmilərilə yanaşı, çox məqsədli dəniz gəmiləri, tanker və yük gəmilərinin tikintisini də həyata keçirir. Bakı tərsanəsinin pay sahibləri bunlardır:
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıqov məlumatı təsdiqləyib. “Artıq gəmilər başa çatmaq üzrədir. Bunlar
Neft Daşlarında
çalışan neftçiləri aparıb-gətirmək üçün nəzərdə tutulub. Digər gəmilərimizdən fərqi ondan ibarətdir ki, yeni gəmilər daha sürətli, daha rahat olacaq. Əgər iqtisadi vəziyyət imkan verərsə, dövlətin məsləhəti olarsa, biz nəinki yığcam gəmilər, eyni zamanda iri gəmilər də istehsal edə bilərik. Bu zaman biz Bakı tərsanəsi ilə əməkdaşlıq edəcəyik”, – deyə qurum rəsmisi bildirib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə məxsus gəmi
42-ciparalel.az