Obama müsəlmanların təhqirinə cavab verdi (FOTO)
“Müsəlmanları təhqir etməklə heç kim ucalmır, əksinə alçalır”.
Müsəlman miqrant
ABŞ
prezidenti
Barak Obamanın
və onun həyat yoldaşı
Mişel Obamanın
qonağı olub. Daha doğrusu, suriyalı miqrant, elm adamı Refai Hamo Ağ ev rəhbəri və birinci xanımın iştirak etdiyi konfransa xüsusi dəvətli kimi qatılıb. Hamo Türkiyənin miqrantlara xoş münasibətindən danışaraq bu ölkənin 2 milyon qaçqına ev sahibliyi etdiyini, onlardan birinin də özü olduğunu söyləyib.
42-ciparalel.az-ın məlumatına görə, suriyalı elm adamı “Anadolu” agentliyinə verdiyi müsahibədə türkləri çox sevdiklərini və buna görə də sığınmaq üçün
Türkiyəyə
üz tutduqlarını bildirib.
Refai Hamo – suriyalı miqrant
“Çox təəssüf ki, bir universitet məzunu, akademik və bir suriyalı olaraq Türkiyədə öz ixtisasım üzrə iş tapmaq imkanım olmayıb. ABŞ prezidenti Barak Obama “Facebook”da mənimlə əlaqəli bir yazıya rəy bilidirdikdən sonra bu ölkəyə sığınacaq üçün müraciət etdim. Burada öz ixtisasım sahəsində işləməyə ümid edirəm”.
Məsələyə münasibət bildirən Barak Obama müsəlmanları təhqir etməklə gündəmi bir müddət ələ alan prezidentliyə namizəd
Donald Trampı
“üstüörtülü” tənqid edib. O bildirib ki, heç kim müsəlmanları təhqir etdikdə, məscid söküləndə, bir uşağı ələ salanda ucalmır, əksinə hər kəsin gözündə alçalır.
Barak Obama – ABŞ prezidenti
ABŞ da müsəlmanlara və miqrantlara qarşı çıxışların artdığı bir zamanda konqresə dəvət edilən Hamo haqqında amerikalı fotoqrafın “Humans of New York” adlı bloqunda məlumat yer alıb. “Hamo və onun hekayəsi” Obamanın da diqqətini çəkib. Məşhur aktyor
Edvard Nortonun
da dəstək olduğu kampaniya sayəsində Hamo üçün 450 min dollar yardım toplanıb.
Bir müddət öncə ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp müsəlmanlara qarşı bəyanatı ilə gündəmə gəlib. O hesab edir ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır. “Ayıq olmalıyıq. ABŞ hökumət nümayəndələrinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər”, – deyə siyasətçi bildirib.
Donald Tramp – amerikalı milyarder, prezidentliyə namizəd
42-ciparalel.az