Search for:

İlhamə Quliyeva oğlunun saxlanılmasından danışdı

Paylaş:


“Bu xəbəri qulluqçumun adamları yayıb”.

Xalq artisti

İlhamə Quliyeva

oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında

saxlanması xəbəri barədə açıqlama verib. O, yayılan məlumatları təkzib edib.




42-ciparalel.az-a açıqlama verən xalq artisti bildirib ki, məlumat yalandır: “O məlumat əsassızdır, cəfəngiyatdır, bizim ailəmizə atılan böhtandır. Hamı öz evindədir. Qətiyyən belə bir şey yoxdur”.




Xalq artisti hətta bu məlumatı yayanların adını da açıqlayıb:


“Bu məlumatı mənim həbsxanada olan qulluqçumun adamları yayıb. Axı bu yaxınlarda məhkəməsi olacaq. Yalan-yalan informasiya yayırlar”.









Bu gün məlumat yayılıb ki, Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.





Bir müddət əvvəl ifaçı köməkçisi

Mehriban Hüseynovanı

dələduzluqda ittiham edib.

Mehriban Hüseynova – İlhamə Quliyevanın köməkçisi




Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.



4-ciparalel.az

Paylaş: