Search for:

Şimon Peres infarkt oldu

Paylaş:


92 yaşlı keçmiş prezident əməliyyat olunub.


İsrailin

keçmiş prezidenti

Şimon Peres

ürəyində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. 42-ciparalel.az-ın  TASS-a istinadən verdiyi məlumata görə, keçmiş prezident sinə nahiyəsində şiddətli ağrılarla həkimə müraciət edib.


92 yaşlı prezidentin infarkt keçirdiyi və əməliyyat olunduğu bildirilir.

Təl-Əviv

yaxınlığındakı xəstəxanalardan birində əməliyyat olunan prezidentin vəziyyəti hazırda qənaətbəxşdir. Bu barədə mətbuata açıqlamanı eks-prezidentin sözçüsü Ayelet Friş verib.

Təl-Əviv – xəstəxana


Keçmiş prezident 1923-cü il avqust ayının 2-də

Polşanın

Vişneva rayonunda anadan olub. O, İsrailin sayca 9-cu prezidenti olub. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. “Avod” (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb.


2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəkilinin 58-nin səsini toplaya bilir. İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir.


2008-ci ilin noyabrında isə

Böyük Britaniya Krallığı

tərəfindən “Böyük xaç” cəngavər ordeni ilə təltif edilib.

42-ciparalel.az

Paylaş: