Search for:

Gürcüstanın Azərbaycanla bağlı ən son mövqeyi

Paylaş:


Gürcüstan hökuməti Azərbaycanı strateji partnyor və dost ölkə adlandırıb.



Azərbaycan


Gürcüstanın

strateji partnyoru və dostudur. Biz problemləri partnyorlarla birlikdə həll etmək istəyirik”.


42-ciparalel.az-ın məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri

Georgi Kvirikaşvili


Azərbaycanla

qaz danışıqlarını şərh edərkən deyib. Kvirikaşvili bildirib ki, heç bir texniki maneə bizim əməkdaşlığımızın inkişafına mane ola bilməz.


“Gürcüstanın Azərbaycandan qaz aldığı hər iki kəmər tam gücü ilə işləyir. Müəyyən addımlar atılır ki, qaz kəmərləri vasitəsilə təchizatın həcmləri artırılsın”.

Georgi Kvirikaşvili – Gürcüstanın baş naziri


Gürcüstan parlamentinin sədri

David Usupaşvili

də Azərbaycanla qaz danışıqlarını şərh edib. Parlament sədri bildirib ki, bizim əsas qaz təchizatçımız Azərbaycan olaraq qalır.


Usupaşvili “Qazprom”dan “mavi yanacaq” alınmasına da münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə daima qaz məsələsində əməkdaşlıq edib. “Çoxları fikirləşir ki, biz

“Qazprom”u

indi tapmışıq. Uzun illərdir Rusiya Gürcüstan üzərindən tranzit keçməklə Ermənistana qaz nəql edir. Bunun müqabilində biz Rusiyadan alırıq və bu proses davam edir”, – deyə David Usupaşvili bildirib.


Parlament sədri ölkədə Rusiya ilə qaz məsələsində əməkdaşlıq edənlərə də səslənib. “2011, 2010, 2009, 2008-ci illərdə ekspert, jurnalist, keçmiş hökumət nümayəndələri Rusiyadan qaz alınmasının Gürcüstanın müstəqilliyinə təhlükə yaratdığını demirdi. Biz bundan sonra da Rusiyadan qaz alacağıq. Amma əsas partnyorumuz Azərbaycandır. Biz gələcəkdə İrandan da qaz alınmasını nəzərdən keçiririk”, – deyə Usupaşvili bildirib.


David Usupaşvili – Gürcüstan parlamentinin sədri



Bir neçə gün əvvəl

Mixail Saakaşvilinin

partiyası “Vahid Milli Hərəkat” – Gürcüstan hökumətindən Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsinin şərtlərini elan etməyi tələb edirdi.



Etirazçılar

Rusiyanın

enerji siyasətinin Gürcüstanın müstəqiliyinə təhlükə yaratdığını bildirirdilər. Onlar Azərbaycanın Gürcüstana qaz ötürməsini daha sərfəli hesab edirlər.


42-ciparalel.az

Paylaş: