Search for:

Məşhur jurnalist dəfn edildi

Paylaş:


Onunla vida mərasimi Təzə Pir məscidində keçirildi.

Məşhur jurnalist, ictimai xadim


Emil Ağayev


bu gün dəfn edildi.




42-ciparalel.az-ın məlumatına görə, onunla vida mərasimi


Təzə Pir


məscidində keçirildi.




Məsciddə keçirilən vida mərasimində mərhumun yaxınları, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak etdilər.




Tədbirdə iştirak etmək üçün həmçinin


Azərbaycan Yazıçılar Birliyinin


sədri, yazıçı


Anar


, əməkdar jurnalist


Mais Məmmədov


, yazıçı


Çingiz Abdullayev


, Xalq şairi


Fikrət Qoca


və başqaları gəliblər. Mərasim iştirakçıları jurnalistin ailəsinə və dostlarına başsağlığı verdilər və səbr dilədilər.

Jurnalist Emil Ağayevlə vida mərasimi




Həyat yoldaşı Rəfiqə Ağayeva bildirdi ki, bir müddət idi ki, ürəyindən müalicə olunurdu.




“Gündə 2 dəfə xəstəxanada müayinə olunurdu. Müalicəsinin başa çatmasına 2 gün qalmışdı. Mən zəng vurdum, telefonu götürmədi. Sonra həkimlər onun insult keçirdiyini aşkar ediblər. 19 gün reanimasiya şöbəsində qaldıqdan sonra palataya köçürülmüşdü. Həkim nəzarətində olduğu üçün vəziyyəti yaxşılaşırdı. 2 günün içərisində vəziyyəti yenidən pisləşdi”.

Rəfiqə Ağayeva – Emil Ağayevin həyat yoldaşı




Rəfiqə Ağayevanın sözlərinə görə, Emil Ağayev


Azərbaycan


haqqında dastan yazmaq istəsə də, arzusu reallaşmayıb.




Xalq şairi Fikrət Qoca Emil Ağayevin publisist və yazıçı kimi xalqımızın tarixinə tez-tez müraciət etdiyini bildirdi: “O, bütün həyatını ziyalı kimi yaşadı. Emil Ağayev əvvəllər çox ailə çətinlikləri çəkib. Amma ömürünün son illərini rahat və firavan keçirdi”.

Fikrət Qoca – Xalq şairi




Yazıçı Anar görüşdükləri zaman onun özünü çox gümrah hiss etdiyini qeyd etdi: “Son zamanlar onunla çox gürüşürdüm. Özünü çox gümrah hiss edirdi. Çox səliqəli geyinirdi. Birdən-birə həyatdan köçməsi bizə çox pis təsir edir. Amma onun xatirəsi həmişə uca tutulacaq. O, həmişə Azərbaycanın maraqlarını müdafiə edirdi”.

Anar – yazıçı




Publisist, ssenarist, tərcüməçi, jurnalist Emil Ağayev 1938-ci il oktyabrın 11-də


Qazaxıstanın




Çimkənd


şəhərində ziyalı ailəsində anadan olub. “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik edən Ağayev məsul katibin müavini olub. Bundan əlavə, “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri və


RİA Novosti


agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləyib. “Yurd”, “Qütb”, “Populyar” jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi olub. O,


“Qızıl qələm”


mükafatı laureatıdır.




Məşhur jurnalist ötən gün 78 yaşında vəfat edib. Mərhum


Biləcəri


qəbiristanlığında dəfn edildi. Emil Ağayev 2 uşaq atasıdır. Övladlarından biri 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.

Emil Ağayevin dəfn mərasimi

42ciparalel.az

Paylaş: