Search for:

Saakaşvili onu özünə müavin təyin etdi

Paylaş:

Bu barədə Mixail Saakaşvili özü ictimaiyyətə məlumat verib.


Mariya Qaydar




Mixail Saakaşvilinin


rəsmi müavini elan olunub.




42-ciparalel.az-ın məlumatına görə,


Odessa


vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa dövlət administrasiyasının sədr müavini vəzifəsinə öz müşaviri Mariya Qaydarı təyin edib.




“Mariya


Rusiyanın




Putin


rejimi ilə mübarizə aparan ən parlaq siyasi liderlərindən biridir. O, iqtisadçıdır, Moskva Xalq Təsərrüfatı Akademiyasında və


Harvard Universitetində


təhsil alıb. Mən onun atası Eqor Qaydarı şəxsən tanıyırdım və hörmət edirdim. Mariya Ukrayna vətəndaşlığı alması barədə Ukrayna prezidentinin adına ərizə verib. O, Rusiya vətəndaşlığından imtina edib”, – deyə Mixail Saakaşvili öz “Twitter” səhifəsində paylaşıb.

Mariya Qaydar özü jurnalistlərə açıqlamasında bildirib ki, Odessadakı uğurlu dəyişikliklər bütün dünyadakı vəziyyətə təsir edəcək.



“Mən istəyirəm ki, ukraynalılar bilsinlər ki, rus xalqı təkcə hökumətdən ibarət deyil, oradakı insanlar sizin ölkənizə ümidlə baxır”, – deyə o əlavə edib.

Mariya Qaydar Rusiya və


Ukraynanın


dövlət və ictimai xadimi, Odessa vilayəti dövlət administrasiyasının sədrinin müavinidir. O, 1982-ci ildə Moskvada anadan olub. 3-cü sinifdə oxuyarkən ailəsi ilə birgə


Boliviyaya


köçüb. Amma 8 il orada yaşadıqdan sonra Rusiyaya qayıdıb. Ali məktəbi bitirdikdən sonra əvvəlcə «Эхо Москвы» radiosunda jurnalist işləyib, “HƏ!” gənclər hərəkatının rəhbəri olub.




42-ciparalel.az

Paylaş: