Burkino Faso faciəsində bir ailə məhv oldu
Burkino Fasonun
paytaxtı
Uaqaduqada
törədilən dəhşətli partlayış zamanı Ukraynalı bir ailənin bütün üzvləri həlak olub. 4 nəfərdən ibarət ailə, hadisə baş verən günü “Splendid” otelin kafesində olub. 42-ciparalel.az-ın
verdiyi məlumata görə bu barədə
Ukraynanın
xarici işlər naziri Pavlo Klimkin məlumat yayıb.
” Burkina Fasoda baş verən dəhşətli terrorda üçü böyük ,biri uşaq olmaqla 4 nəfərdən ibarət bir Ukrayna ailəsi həlak olub.Ölən azyaşlının 9 yaşı var idi.Təəsüflər… bu hər birimizin faciəsidir -o ,twitter hesabında yazıb.
Pavlo Klimkin- Ukraynanın Xarici İşlər Naziri
Rusiyanın
Burkino Fasoda fəxri konsulu olan Anna Raçina isə silahlıların atəşə tuduğu kafenin Ukrayna vətəndaşlarına məxsus olduğunu bildirib.
“Splendid” otelin kafesində baş verən terror aktı zamanı təkcə Ukraynadandeyil,
Kanada
,
Hollandiya
,
İsveçrə
, Rusiyadan da ölənlər var.
Hadisə yanvarın 15-də Burkina-Fasonun paytaxtı
Uaqaduqunun
mərkəzində “Splendid” mehmanxanasında qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, mehmanxanada üç silahlı kişi görüblər, daha sonra atəş səsləri eşidilib. Baş vermiş partlayışda ən azı 27 nəfərin öldüyü bildirilir. Terror hadisəsinin baş verdiyi mehmanxanada əsasən avropalılar və
BMT
əməkdaşları qalır. Yerli KİV-in məlumatına görə, teror aktının məsuliyyətini artıq
“əl-Qaidə”
terror təşkilatına bağlı “İslami əl-Məğrib” qruplaşması öz üzərinə götürüb. Artıq hadisədə girov götürülən şəxslərin azad olunması əməliyyatı başa çatıb. 33 yaralı da daxil olmaqla 126 nəfər azad olunub. Bu barədə ölkənin təhlükəsizlik naziri açıqlama yayıb.
42-ciparalel.az