Əfqanıstanda partlayış, 11 nəfər öldü
Hadisə Əfqanıstanın Nanqarxar əyalətində baş verib.
Əfqanıstanda
canlı bomba partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Partlayıcı qurğu Əfqanıstanın
Nanqarxar
əyalətinin adminstrasiyasının qonaqlarla dolu evində işə düşüb.
42-ciparalel.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstanın Şərqində yerləşən
Cəlalabad
şəhərində terrorist tərəfindən törədilən partlayış zamanı ən azı 11 nəfər ölüb,13 nəfər yaralanıb.
Partlayış Nanqarxar əyaləti adminstrasiyasının üzvü Obaidullah Shitvarinin şəxsi evində təşkil olunan ziyafət zamanı baş verib.
Buna bənzər hadisə yanvar ayının əvvəlində də qeydə alınıb. “Canlı bomba” Cəlalabadda
Pakistan
konsulluğu yaxınlığında özünü partladıb.Terror aktının məsuliyyətini isə
İŞİD
qruplaşması öz üzərinə götrüb.
42-ciparalel.az