Məşhurların polis, diplomat, müğənni övladları… – Siyahı
Sənət adamlarının özləri qədər onların övladları da insanların maraq dairəsindədir. Bəzi məşhurlar övladlarını mediadan kənar tutsa da, bəzilərinki valideynləri qədər məşhurdur. Onların xarici görünüşləri, geyim tərzləri, təhsil və peşələri insanlarda maraq yaradır.
Bəs yerli məşhurların övladları hansı peşənin sahibidirlər?
42-ciparalel.az xəbər verir ki, musavat.com yerli sənət adamlarının övladları barədə yazı hazırlayıb və onların peşələrini öyrənib:
Xalq artisti
Fatma Mahmudovanın qızı
Nigar Qarayeva aktrisadır.
Xalq artisti, mərhum kaman ustası
Habil Əliyev
oğlu Rəvan Habiloğlu müğənnidir.
Xalq yazıçısı
Elçin Əfəndiyevin
qızı Günay Əfəndiyeva diplomatdır. O, YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışır.
Xalq aristi, xanəndə
Alim Qasımovun
qızı Fərqanə Qasımova atasının sənətini davam etdirir. O da tanınmış xanəndədir.
Xalq artisti, aktyor
Ramiz Novruzun
oğlu Cavidan Novruz aktyor və müğənnidir.
Xalq artisti
Aygün Kazımovanın
qızı İlqarə ifaçılıqla məşğuldur.
Şair
Vüqar Əhməd
in
qızı Almaxanım Əhmədova müğənnidir.
Mərhum müğənni
Vidadi Bərdəlinin
qızı Aytac Bərdəli müğənnidir.
Əməkdar artist, müğənni-bəstəkar
Elza Seyidcahanın
oğlu Ələkbər də ifaçıdır.
Tanınmış xanəndə, əməkdar artist
Bəsti Sevdiyevanın
oğlu Ayxan polis əməkdaşıdır.
Əməkdar artist
Aybəniz Haşımovanın
qızı Aynişan Quliyeva Türkiyədə təhsil alır. O, eyni zamanda müğənniliklə məşğuldur.
Əməkdar artist
Röyanın
oğlu Hüseyn bu il birinci sinfə qəbul olunub.
Əməkdar artist
Ədalət Şükürovun
qızı Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Ə.Şükürovun oğlu isə tələbədir.
Müğənni
Elşad Qarayevin
oğlu Rəvan Qarayev də atasının peşəsini davam etdirir.
Müğənni
Rəqsanə İsmayılovanın
qızı Aysun modelyerdir, o peşəsi ilə bağlı Türkiyədə təhsil alır. Müğənninin digər qızı Yağmur isə bu il birinci sinfə qəbul olunub.
Müğənni
Nura Surinin
böyük oğlu Xosrov Londonda təhsil alır. Qeyd edək ki, o, yüksək balla universitetə qəbul olub.
Müğənni
Roza Zərgərlinin
oğlu Corc aktyordur. Qızı Bənövşə isə tələbədir.
42-ciparalel.az