Pensiyaların artırılmasına 140 milyon manat ayrılacaq
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, ötən şənbə günü Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam ölkəmizdə yaşayan 1 milyon 223 min nəfər təqaüdçüyə şamil olunacaq.
42-ciparalel.az fond sədrinin sözlərinə istinadən xəbər verir ki, əmək təqaüdlərinin baza hissəsinin artırılmasının maliyyələşməsi məqsədilə əlavə olaraq 140 milyon manat vəsait ayrılacaq.
Ölkə başçısının sərəncamına müvafiq olaraq, 1 fevral 2016-cı il tarixindən etibarən əmək təqaüdlərinin baza hissəsi 10% artırılaraq 110 manata çatdırılacaq.
42-ciparalel.az