Search for:

Yanvarın 20-də bağlanacaq yollar (SİYAHI)

Paylaş:



20 Yanvar

matəm günü ilə əlaqədar paytaxt Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Bakı şəhər

Dövlət Yol Polisi İdarəsindən

(BŞDYPİ) verilən məlumata görə, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək aşağıdakı yollarda hərəkət məhdudlaşdırılacaq.



Mikayıl Müşfiq

küçəsi və

Hüseyn Cavid

prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə.



BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

42-ciparalel.az

Paylaş: