Ev almaq istəyənlərin diqqətinə – Qiymətlər düşüb

0
1749455873.8391476



Qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.

42-ciparalel.az  Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb. Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.

Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb. Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.

Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.



42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir