İngiltərə Türkiyədən üzr istədi
“Belə halın təkrarlanmaması üçün hər cür addım atacağıq”.
İngilis rəsmilər türk tərəfindən üzr istədilər. Üzrə səbəb isə
Londonda
Türkiyənin baş naziri
Əhməd Davudoğlu
ilə ingilis həmkarı
Devid Kameronun
görüşü zamanı bir qrup PKK tərəfdarının etiraz aksiyası keçirməsi olub.
Türk naziri qaldığı oteldə ziyarət edən
İngiltərə
iş, yenilik və ticarət naziri Sajid Javid baş nazirin iqamətgahı önündə yaşanan hadisəyə görə ingilis hökuməti adından üzr istəyib və bu hadisənin qəbuledilməz olduğunu deyib.
Qarşı tərəf təəssüf doğuran belə hadisələrin təkrarlanmaması üçün hər cür addım atacaqlarını bildirib.
Türk tərəfi görüş zamanı keçirilən aksiyalara qarşı yetərli dərəcədə təhlükəsizlik tədbirləri görülmədiyi barədə iradını ingilis rəsmilərə çatdırmışdı.

Nazirlərin görüşü zamanı PKK tərəfdarlarının aksiyası
Kameronla Davudoğlu arasında görüş ötən gün baş tutub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlığın sürətləndiriləcəyi barədə danışıqlar aparılıb. Davudoğlu bölgədə terror təşkilatı ilə bağlı böyük risk olduğunu deyib. “Sadəcə Türkiyəyə qarşı yox, Avropaya da qarşı. Mənim də qatılacağım
Suriyaya
yardım konfransı təşkil edəcəyiniz üçün təşəkkür edirəm”.

Əhməd Davudoğlu və Devid Kameron
42-ciparalel.az