Search for:

İpoteka məbləği arta bilər

Paylaş:

Samir Şərifov faiz siyasətindən də danışıb.


“Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. “Faiz dərəcələri üzrə şərtlərin dəyişdirilməsinə ehtiyac yoxdur”.




42-ciparalel.az-ın məlumatına görə, bunu


maliyyə naziri




Samir Şərifov


deyib. Nazir deyib ki, ipoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. “Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq.




Maliyyə naziri qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur.




Onun sözlərinə görə, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir və ilk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir.




S.Şərifov qeyd edib ki, fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin.




Bir neçə gün öncə prezident İlham Əliyev keçirdiyi


müşavirədə


bu məsələyə toxunub. O, deyib ki, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlətimizin başçısı


ipoteka bazarının


səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.









Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə




Ötən ilin oktyabrında ANS TV yayımlanan “Hesabat” verilişində də MirŞahinin qonağı olan Samir Şərifov ipoteka məbləğinin artırılmasına, fayizlərin isə aşağı salınmasına dair aparılan işlər barəsində


məlumat vermişdi


.




“Bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq təkliflər hazırlanıb, təqdim olunub. Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan şəxslərə də ipoteka şərtləri bir qədər asanlaşdırılacaq” – deyə nazir bildirmişdi.


42-ciparalel.az

Paylaş: