Azərbaycanlı hakerlər erməni saytlarını dağıtdı (SİYAHI)
Saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.
20 Yanvar faciəsi Ermənistan dövlət saytlarında anılıb. 42-ciparalel.az-ın məlumatına görə,
“Anti-armenia Team”
adlı
azərbaycanlı hakerlərdən
ibarət qrup bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb.
41-i səfirliyə, 6-sı beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.
2014-cü il iyulun 26-da “Anti-armenia Team”-in hakerləri
Ermənistan
prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə “Anti-armenia Team”-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək həmin qrupla mübarizə aparmaq üçün kifayət qədər intellektual resursa malik olmadıqlarını dilə gətiriblər.
42-ciparalel.az