Search for:

İran neftin qiymətini endirəcək (FOTO)

Paylaş:


Endirimlər Avropalı istehlakçılara şamil olunacaq.

İran


neft bazarında


Səudiyyə Ərəbistanı


ilə rəqabətə davam gətirmək üçün Avropalı istehlakçılara endirim təklif etməyə hazırlaşır.




42-ciparalel.az-ın məlumatına görə, İran milli neft şirkəti avropalılara nefti endirimlə satmağa icazə verib.




Əldə edilən razılığa əsasən İranın “Iran Heavy” markalı neftinin qiymətində (bir bareli 23.85 dollardan satılır) Avropa istehlakçılarına 6.55 dollar endirim ediləcək. İranın bazarda rəqabət apardığı Səudiyyə Ərəbistanı isə öz neftini 4.85 dollar endirimlə


Avropaya


ixrac edir.




18 yanvar tarixində İran rəsmi olaraq sutka ərzində neft hasilatını 500 min barel artırdığını elan edib.




Ötən həftənin şənbə günü


ABŞ





Aİ


ölkələrinin İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmasından sonra bazarda neft hasilatının həcminin artması gözlənilirdi.








İran İslam Respublikası




İran üzərindən beynəlxalq sanksiyaların götürülməsini nəzərdə tutan nüvə razılaşması iyulun 14-də Vyanada əldə olunub. Razılıq İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində ölkəyə qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.




Sanksiyaların aradan qaldırılması fonunda


neftin qiyməti


də enməyə başlayıb. Brent markalı neftin bir bareli 28.24 dollara, WTI markalı neftin bir bareli 27.68 dollara enib.




2015-ci ilin oktyabrından Avropanın bir sıra neft şirkətləri, o cümlədən


Total


Səudiyyə Ərəbistanından neft almağa başlayıb.

42-ciparalel.az

Paylaş: