İlin diplomatı
Müsahibimiz: Türkiyə
Respublikasının Qars şəhərində Azərbaycan
Respublikasının
Baş Konsulu Ayxan Firudin oğlu Süleymanovdur.
-Ayxan müəllim, iş yerini dəyişməklə qonşu ölkədən digərinə Baş
konsul kimi təyin olunmaq sizdə necə təəssürat yaratdı? İki ölkə arasında hansı
fərqli cəhədləri müşahidə etdiniz?
Söhbətimizə başlamazdan əvvəl, sizi salamlayır və
xoş gəldin deyirəm. Sualınızla bağlı onu
qeyd edim ki, Azərbaycanda İranla münasibətə xüsusi yer verilir. Bəli, mən əvvəlcə Azərbaycan Respublikasının Təbriz
şəhərində 5 il baş konsulu olmuşam. Sonra
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən məni İran İslam Respublikasının Təbriz şəhərindən
Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağıraraq Qars şəhərində Azərbaycan Respublikasının baş
konsulu təyin etmişdir. Artıq 4 ildir ki, burada fəaliyyət göstərirəm. Qonşu ölkələrdə işləməyin
müsbət və məsuliyyətli tərəfləri çoxdur. Azərbaycanın hər iki ölkə ilə münasibətinin
xüsusi yeri var. Artıq Türkiyədə işlədiyim
üçün deyə bilərəm ki, dost, qardaş ölkə
olan Türkiyə ilə əlaqələrimiz günü-gündən inkişaf edir. Fərqli cəhədlərə gəldikdə
isə ölkələr arasında oxşar və fərqli cəhətlər ola bilər. Onu da qeyd edim ki, Baş konsulluğun
əhatə dairəsinə Türkiyənin 17 vilayəti
daxildir.
–
Qarsda fəaliyyətiniz dövründə ictimai təşkilatın-
“İlin diplomatı” adına layiq görüldünüz. Sizcə bu ad atdığınız hansı addımların
mükafatı idi?
Bir Baş konsul kimi məsuliyyətimi
dərk edərək ölkələr arasında bu istiqamətdə münasibətlərinin inkşaf
etdirilməsi üçün səlahiyyətlərimiz çərçivəsində əlimdən gələni əsirgəməmişəm. Günbəgün
daha da yaxşı səy göstərməyə çalışmışam. Təbii ki, belə mükafatlar bizim yaxşı
işləməyimiz üçün bir stimuldur və bizim işimizə verilən mükafatdır. Sağ
olsunlar.
-Qardaş ölkədə həmvətənlərimizi daha çox narahat edən
hansı problemlərdir və onların həllinə nə dərəcədə nail ola bilirsiniz?
Təbii ki, bu, vacib məsələdir. Azərbaycanla Türkiyə arasındakı mövcud sıx əlaqələr, ortaq dil , din
və mədəniyyət oxşarlığına görə bir çox vətəndaşlarımız burada işləyir, iki ölkə
arasında ticarətlə məşğul olur və müxtəlif həcmli investisiyalar yatırırlr. Biz də çalışırıq ki, burada dövlətimizi yüksək səviyyədə
təmsil edək. Ölkə vətəndaşlarımızın
problemlərinin həllində iştirak edək. Onların dərdlərinə imkanımız
daxilində kömək edək. Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin həmişə
hüquq və mənafeyini müdafiə edir. Və biz də bu məsələlərdə vətəndaşlarımıza köməklik
göstərməyə hazırıq.
-Yerli sakinlərimiz ən çox hansı problemlərlə
qarşılaşırlar?
Burada yaşayan soydaşlarımızla əlaqələrin
qurulması, onların hüquqi müdafiəsinə təminat verilməsi və həmin şəxslərə
hamilik edilməsi məqsədilə Baş Konsulluq tərəfindən müvafiq işlər aparılır. Ümumiyyətlə
onu qeyd edim ki, elə də ciddi problemlərlə rastlaşmamışıq.
Ən çox qarşılaşdığımız Azərbaycanlı tələbələrin problemləri ilə bağlıdır. Burada
300-ə yaxın azərbaycanlı tələbə təhsil alır və müxtəlif çətinliklərlə üzləşirlər.
Biz də Baş Konsulluğun imkanları daxilində onların problemlərini həll etməyə
çalışırıq. İstər universitetlə bağlı, istər məişət problemləri ilə bağlı
çalışırıq ki, tələbələrimizə köməklik göstərək. Məsələn, burada yaşayan elə həmvətənlərimiz olur ki, müvafiq sənədlərini
itirdikdə qanunlar çərçivəsində onların ölkəyə qayıtması üçün lazımı sənədlərin
verilməsini təmin edirik. Həmçinin, burada ailə quran xanımlarımız da yaşayırlar.
Çalışırıq onların sənədlərində və yaxud övladlarının şəhadətnaməsinin alınmasında
və s. ailə problemlərinin həll edilməsində də yaxından kömək edək.
-Türkiyənin Qars şəhərində həmvətənlərimizin yaşayış
durumları necədir?
Azərbaycan Respublikasının vətəndaşı olan və onun
ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan
AzərbaycanRespublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vətəndaşlıq
vəzifələri daşıyırlar. Hər bir Azərbaycan vətəndaşı hansı ölkədə olmasından
asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Burada yaşayan azərbaycanlıların yaşayış vəziyyətləri
normaldır. Universitetdə azərbaycanlı tələbələrdən başqa müxtəlif fənləri tədris edən təxminən 30-a yaxın müəllimlərimiz də var. Çalışırıq
ki, burada yaşayan həmvətənlərimiz konsulluğa öz evləri kimi rahat gəlib gedə
bilsinlər.

–
Tədbirləriniz hansı səviyyədədir? Baş
konsulluq olaraq dövlət tədbirlərimizi qardaş ölkədə qeyd edirsinizmi?
Bəli,
qeyd edim ki, hər il ənənəvi olaraq
ilin əvvəlindən bir neçə tədbirlər keçiririk. Bu sözsüz ki, 20 Yanvar və Xocalı
faciələri, o cümlədən 31 Mart azərbaycanlıların soyqırımı günləri ilə bağlı
olan konfranslar, görüşlər, ictimai tədbirlərdir. Yəni bu üç tədbiri hər il həyata
keçiririk. Fərqli zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı müxtəlif elmi-praktik konfranslar təşkil edirik. Tədbirlərdə Heydər
Əliyev Fondundan Dağlıq Qarabağ mövzusunda müxtəlif dillərə tərcümə olunmuş və
çox yüksək səviyyədə hazırlanmış kitablar, şəkillər, CD-lər, video materiallar
alırıq. Həmin təbliğat materiallarını tədbirlərdə müxtəlif şəkildə istifadə
edirik. Bundan əlavə olaraq Ümummilli
liderimizin doğum günü, 28 may günü, Qurtuluş günü ilə bağlı və s. bir sözlə, mötəbər
günlərimizin hamsında tədbirlərimiz olur. Onu da qeyd etmək yerinə düşərdi ki, keçirilən
tədbirlərin formatına uyğun olaraq Azərbaycandan mədəniyyət xadimlərini dəvət
edirik. Konsulluq məsələləri ilə yanaşı çalışırıq ki, dövlətimizi təmsil etmək
üçün istər mədəniyyət sahəsi, istər
idman, turizim istərsə də digər sahələrdə imkanlarımız daxilində verilən tapşırıqları lazımi səviyyədə yerinə
yetirək.
– Fəaliyyət gösdərdiyiniz dörd il ərzində hansı
uğurlara nail olmusunuz?
Dörd il az bir müddət deyil. Çalışmışıq ki, verilən tapşırıqları, üzərimizə düşən öhdəlikləri,
vəzifə borcumuzu layiqincə yerinə yetirək. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin
daha da inkişaf etməsinə öz töhvəmizi verək. Müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi xətt ölkəmizin
hərtərəfli inkişafına, əhalinin sosial-rifah halının yüksəldilməsinə səbəb
olmuşdur. Bu gün Azərbaycan Respublikası dahi şəxsiyyətin müəyyənləşdirdiyi
yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır.
Artıq Azərbaycan dünyada söz sahibi olan bir dövlətə çevrilmişdir. Bu qeyd olunanlar məncə bizim də buradakı fəaliyyətlərimizə
bir təkandır, uğurlarımıza bir mayakdır. Bütün bunlar da bir diplomat olaraq
bizim məsuliyyətimizi daha da artırır. Belə ki, Biz Baş Konsulluğun əhatə dairəsinə daxil olan
vilayətlərlə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin
inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər
əlaqələrinin genişlənməsi istiqamətində vəzifə səlahiyyətlərimiz çərçivəsində
çalışırıq. Buna misal olaraq Qars şəhəri ilə Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri
arasında “qardaşlaşmış şəhərlər” münasibətlərinin qurulmasında Baş Konsulluğun
kömək və dəstəyi ilə həyata keçirilmişdir və s.
1974-
cü ildə Naxcıvan şəhərində doğulmuşam. Orta məktəbi orada bitirmişəm. 1991-ci ildən
1996-cı ilədək Bakı Sosial Politoligiya institutunu, 2005-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq
Münasibətlər və xarici siyasət istiqamətini bitirmişəm. 1997-ci ildən Xarici İşlər
Nazirliyi sistemində işləyirəm. 2000-2005-ci illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan
Muxtar Respublikasındakı İdarəsinin rəisi olmuşam. 2005-ci ildə Azərbaycan
Respublikasının Təbriz şəhərinə baş konsul təyin olunmuşam. 2010 –cu ildə Azərbaycan
Respublikasının Qars şəhərinə Baş konsul vəzifəsinə təyin olunmuşam. Evliyəm, 2
qız atasıyam.
Mehriban Məmmədzadə
