İlham Əliyev İsveçrəyə getdi
Prezident sabah Davosda Dünya İqtisadi Forumunda çıxış edəcək.
Azərbaycan prezidenti
İlham Əliyev
bu gün İsveçrəyə işgüzar səfərə gedib.
42-ciparalel.az-ın məlumata görə, prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
Prezident
İlham Əliyev
sabah
İsveçrənin
Davos şəhərində
Dünya İqtisadi Forumunda
çıxış edəcək.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə forumun növbəti günə olan
gündəliyində
qeyd edilib.
Davos forumunda
İlham Əliyevlə
yanaşı
Səudiyyə Ərəbistanın
səhiyyə naziri
Xalid əl-Falih
,
CNN-in
redaktoru, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Lin Boqianq,
Rusiya
İnvestisiya Fondunun başçısı
Kirill Dmitriyev
və ekspert Con Defterios gündəliyə uyğun mövzular ətrafında müzakirələr aparacaqlar.
Azərbaycan prezidenti və digər iştirakçılar “Yeni enerji problemləri” adlı paneldə “Gələcəkdə neftin qiyməti və tələb”, “Enerji və iqlim siyasəti dəyişir”, “Rəqəmsal və bərpa olunan enerji innovasiyaları” kimi mövzularda məruzələr edəcəklər.
Ötən il “Regionların transformasiyası: Avrasiya” devizi altında Davos İqtisadi Forumunda prezident İlham Əliyevin çıxışı iştirakçıların diqqətini cəlb etmişdi.
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq

Prezident İlham Əliyevin Davos Forumunda çıxışı (22 yanvar, 2015-ci il)
42-ciparalel.az