“Qanlı Yanvar” hərbçiləri bir araya topladı (FOTO, VİDEO)
Filmin nümayişində əsgərlərlə yanaşı, zabitlər, komandirlər də iştirak ediblər.
20 Yanvar faciəsinin
26-cı ildönümündə rejissor
Vahid Mustafa Yevin
ərsəyə gətirdiyi
“Qanlı Yanvar”
filmi paytaxtın bir sıra hərbi hissələrində nümayiş olunub.
42-ciparalel.az-ın məlumatına görə, film
Puta
qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim olunub. “Qanlı yanvar” filminin nümayişində əsgərlərlə yanaşı, zabitlər, komandirlər də iştirak ediblər.

“N” saylı hərbi hissənin şəxsi heyəti
Azərbaycan tarixinin ən qanlı səhifələrindən birindən bəhs edən film hamı tərəfindən böyük maraqla qarşılanıb. İstər əsgərlər, istər zabitlər, istərsə də komandirlər filmdən təsirləndiklərini, eyni zamanda, daha da iradəli, əzmkar, mübariz olaraq, bundan sonra da azadlıq uğrunda şəhidlərin yolunu gedəcəklərini bildiriblər. Filmin sonunda şəxsi heyətin bir neçə üzvü film və 20 Yanvar faciəsi haqqında öz təəssüratlarını bölüşüblər.
“N” saylı hərbi hissənin şəxsi heyəti
Bundan əvvəl isə “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bir sıra ali və orta təhsil müəssisələrində də nümayiş edilib. Bunlar arasında
Azərbaycan Dillər Universiteti
,
Bakı Slavyan Universiteti
,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
,
Bakı Ali Neft Məktəbi
,
Nizami rayonunda
yerləşən, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə də nümayiş olunub.
\
42-ciparalel.az