ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Azərbaycan Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.
Azərbaycan Ordusu
dünyanın ən güclüləri ssiyahısına düşüb. ANS PRESS-in məlumatına görə, Amerika nəşri olan
“U.S. News and World Report”
bu barədə məlumat yayıb.
Reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos iqtisadi forumunda açaıqlanıb. İlk üçlükdə
ABŞ
,
Rusiya
və
Çin
yer alıb.
ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçülüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardınca
Almaniya
və Böyük Britaniya gəlir.
Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz
Macarıstan
, Rumıniya, Çexiya,
Malayziya
kimi ölkələri qabaqlayıb.
Reytinq cədvəli “BAV Consulting” və Pensilvaniya universiteteinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılıb. Sorğuda minlərlə insan – sadə və biznes, elit təbəqədən olanlar iştirak edib.

Azərbaycanın yeri
Eyni nəşr ikinci reytinq siyahısında isə ölkələrin turizm sahəssi, innovativ yeniliklər, dünya arenasında nüfuzu və gücü, mədəniyyəti, tarixi irsi, biznesə açıqlığı və əhalinin ümumi həyat səviyyəsi kimi kriteriyalar əsas götürülüb. Siyahıda 60 ölkənin adı var. İlk beşlikdə Almaniya,
Kanada
, Böyük Britaniya, ABŞ,
İsveç
kimi ölkələr var.
Siyahının sonunda isə
Ukrayna
və
Əlcəzair
yer alıb.

İlk üçlük
42-ciparalel.az