HƏR BİR XƏSTƏ BİR VƏTƏNDAŞ OLARAQ ÖZ HÜQUQLARINI BİLMƏLİ VƏ ONU TƏLƏB ETMƏLİDİR


Müsahibimiz


:


Respublika Səhiyyə Nazirliyinin Milli
Onkologiya


Mərkəzi
Epidemiologiya və Statistika şöbəsinin müdiri, professor Fuad Mərdanlı.


– Fuad müəllim, necə oldu ki, bu
peşəni seçdiniz?




Mən Bakı şəhərində ziyallı ailəsində anadan
olmuşam. Həmişə meylim elmə olduğu üçün


Tibb İnstitutunun Sanitar-gigiyenika
fakultəsinə daxil olmuşam. İnsitutu bitirdikdən sonra keçmiş Azərbaycan
Elmi-Tədqiqat İnsitutunda əmək fəaliyyətinə başlamışam. Həmin vaxt Vəli Axundov
İnstitutda direktor işləyirdi. Mən orada şöbə müdiri kimi 20 il fəaliyyət
göstərmişəm. Bəzi səbəblərə görə 1994-cü ildən iş yerimi dəyişdim. O vaxtdan
mən burada statistika şöbəsinin müdiri işləyirəm. Tibbi arxivi də bizim şöbənin
tərkibində fəaliyyət göstərir.


Ölkədə xərçəng xəstəliyinin
statistikası artmaqdadır…




Əsas
işimiz xərçəng xəstəliyi ilə mübarizə aparmaqdır. İlkin xəstələrin sayı son 4
il yarımda stabil olaraq qalmaqdadır. Xərçəng xəstəliyi hal-hazırda
artmaqdadır. Deyək ki, əvvəllər təxminən 19000 nəfər xəstə qeydiyyatda idisə,
indi isə bu rəqəm 30000-i keçməkdədir. Bu reallıqdır, xəstəlik get-gedə artır,
amma digər tərəfdən həkimlərimiz də çalışır ki, xəstəliyi vaxtında
aşkarlasınlar. Xərçəng xəstəliyi qeyri-infeksion xəstəlikdir. İnfeksion
xəstəlik olanda konkret bilinir ki, hər hansı bir virus problem yaradır. Amma
qeyri-infeksion xəstəliklərdə bir sıra faktorlar iştirak edir. Ona görə də
optimal müalicə metodunu tapmaq çox çətindir.


Amma bəzi həkimlər deyir ki, bu xəstəliyin çarəsi tapılıb.
İlk növbədə qeyd edim ki, xərçəng xəstəliyinin çox növü mövcuddur. Bütün
dünyada xəstəliyin növlərinin artma tendensiyası müşahidə edilir.


Son zamanlar ölkəmizdə onkologiyaya diqqət artmaqdadır. Hökumətimiz
əvvəl onkoloji xəstəliklərə dörd milyon manat vəsait ayırırdısa, indi bu məbləğ
8 dəfə artaraq, otuz milyonu keçib. Əvvəllər cəmi 24 preparat mövcud idisə,
indi 400-dən çox preparatla işləyirik. Bir şeyi də qeyd edim ki, hər bir
ölkənin öz müalicə sistemi var. Ona görə də xaricə gedən xəstələr bilməlidir
ki, orada onlara yazılan dərmanlar bizdə olmaya bilər. Hansı sxemlə müalicə
başladısa o sxemlə də davam etməlidir. Əhali bilməlidir ki, ilk növbədə
polikilinikalara müraciət olunmalıdır. Belə ardıcıllıqla bizə müraciət
olunduqda biz də xəstəyə daha rahat və dəqiq diaqnoz qoya bilərik. İlk növbədə
xəstə şəxsiyyət vəsiqəsi ilə bizə müraciət etməlidir. Qanunla vəsiqəsiz
xəstələr qəbul olunmamalıdır. Buna görə də xəstələrimiz qanunlarımıza riayət
etsələr daha yaxşı olar.




Artıq bizdə bütün preparatlar və
avadanlıqlar mövcuddur. Şüa terapiyaları ilə də müalicə aparılır. Xəstələr
onkoloqların göndərişi ilə bizə müraciət etməlidirlər. Xaricdən gələn
xəstələrimiz oranın vəsiqəsi ilə bizə müraciət edirlər. Belə olan təqdirdə
qanunla biz xəstəni qəbul etməməliyik. Yalnız Prezidentin əmri ilə təsdiq
olunmamış vəsiqəsi olan xarici xəstələr qəbul olunur. Belə deyirlər ki,
xəstələrdən qeyri-rəsmi ödənişlər tələb olunur. Hər kəs qanunlarımıza düzgün
riayət etsə, belə problemlər də ortaya çıxmaz. Hər bir xəstə bir vətəndaş
olaraq öz hüquqların bilməli və onu tələb etməlidir.




Bu
sahədə yerli onkoloqların da üzərinə xeyli vəzifələr düşür, onlar yaxşı
işləsələr problemlər də bu qədər qabarmaz. Xərçəng xəstəliyi görünən
lokalizasiyadır. Məsələn, xaricdə qadınlar 35 yaşından sonra ildə 1 dəfə
mamoqrafiya testindən keçirlər. Amma bizim xəstələrimiz çox təəssüflər olsun
ki, xəstəlik müəyyən inkişaf mərhələsi keçdikdən sonra müraciət etməyə ehtiyac
duyurlar. Biz də proqramı hazırlayıb dövlətə təqdim etmişik, təsdiq olunmasını
gözləyirik. Bu proqram bütün xərçəng xəstəliklərini, əsasən də uşaqlıq boynu xərçəngini
əhatə edəcək.


Bu proqram 10
illik bir dövrü əhatə edəcək. İki ay bundan öncə biz




Hollandiyanın Amsterdam şəhərinə olduq.
Orada onkoloji xəstəliklərlə bağlı konfrans keçirilirdi. Həmin konfransda bəlli
oldu ki, bu proqram Avropa ölkəsində 10 ildir artıq gedir və proqram 12 yaşına
qədər uşaqları da əhatə edir. Nəticədə xərçəng xəstəliyinin inkişafı 90% azalıb.


Biz mobil diaqnostik maşınlarla bütün regionlarda olub, pulsuz
müayinələr, profilaktik baxışlar keçiririk. Həmin maşınlarda ginekoloji
kabinet, rentgen


,


mamoqraf və laborotoriya var. Adətən, belə səfərlərimiz 3 gün davam edir. Bu
cür səfərlər nəticəsində biz hansı regionda süd vəzi xərçəngi, hansı regionda
isə mədə xərçənginin daha çox yayılmasını müəyyən edə bilirik. Məsələn, ş


i


mal zonasında mədə xərçəngi daha geniş
yayılıb. Xərçəng xəstəliyinin yaranmasının bir çox səbəbləri var və bu sıraya
ekologiya da daxildir. Bizdə şüalanmanın səviyyəsi çox olduğundan bu xəstəlik
də çoxalır. Xəstələrimizə




əsas
tövsiyəm odur ki, vaxtında həkimə müraciət etsinlər, gec müraciət etdikdə artıq
onalara yardım etmək də çətin olur. İldə bir dəfə müayinə üçün mütləq poliklinikalara
müraciət et


məlidirlər


. O demək deyil ki, onkoloq yanına gələn hər xəstə xərçəngdir.
Bəzi insanlar belə düşünür ki, nə xəstəlik olursa olsun, tək xərçəng olmasın.
Başa düşə bilmirəm, niyə, məgər xərçəng xəstəliyinin müalicəsi yoxdurmu? Var,
sadəcə vaxtında müraciət etmək lazımdır. Xərçəng xəstəliyi gec ərə getmiş
qızlarda




abortdan sonra da
əmələ gəlir. Xaricdə xəstənin xərçəng olduğunu bilən həkim üzünə xərçəng
olduğunu deyir. Qanunla bizdə də belədir, amma bəzən xəstənin yaxınları xəstəyə
xərçəng olduğunu deməyə qoymurlar. Amma xəstə xərçəng olduğunu biləndə özü də
xəstəliklə mübarizə aparır. Çünki, bu elə xəstəlikdir ki, gərək xəstə özü
mübarizə aparsın.



– Qadınlarda tez-tez aşkarlanan süd
vəzi xərçənginin statistikasında hansı dəyişikliklər hiss olunur?





Son
10 ildə stabil olaraq 1-ci yerdədir. Bu tendensiya tək bizimlə bağlı deyil,
inkişaf etmiş ölkələrdə də süd vəzi xəstəlikləri 1-ci yeri tutur.



– Bu nədən irəli gəlir?




Bu
yaxınlarda Tiflisdə Zaqafqaziya üzrə onkoloji konfrans keçirilirdi, həmin
konfransda bu barədə müxtəlif fikirlər səsləndirildi. Bildirildi ki, səhv
diaqnoz, gec ərə getmə, doğuşlar zamanı ortaya çıxan fəsadlar və s. bu
xəstəliyə gətirib çıxara bilir. Statistikaya əsaslansaq daha çox bu xəstəlik
gec ərə gedən qızlarda abortdan sonra inkişaf edir. Bizdə bəla ondadır ki,
xəstələr gec


müraciət edirlər. 4-cü
mərhələdə müraciət edən xəstələrimiz var. Yəni bütün ümidlər üzüləndən sonra
gəlirlər. Xarici ölkələrdə nadir hallarda 3-4-cü mərhələdə müraciət edirlər.


Onlar
əsasən 1-


2-ci mərhələdə
xəstəliyi aşkar edirlər. Amma bizdə isə əksinə, xəstəlik ağırlaşandan sonra müraciət
etməyə ehtiyac duyurlar.




Onu da qeyd edim ki, bizdə perespektivli cavan
kadrlar da çox gözəl fəaliyyət göstərir.


Onlar xarici dil, kompüter və İKT naliyyətlərini çox yaxşı bilirlər. Bizdə İrana müalicə olunmaq üçün gedən bir xəstə də müraciət etmişdi. O gedib
oradakı şəraiti görüb çox peşman olmuşdu.Yəni sözü ona gətirirəm ki, bizim
insanlarımız elə düşünürlər ki, yaxşı nə varsa o ancaq xaricdə olmalıdır. Lakin
bu belə deyil, o cür düşünənlər anlamırlar ki, artıq bizdə də yeni
avadanlıqlar, şərait və preparatlar mövcuddur. İndi bizdə elə şərait yaradılıb
ki, bəlkə də MDB-nin heç bir yerində belə şərait yoxdu.



– Onkoloji xəstəlikdən əziyyət
çəkən passientlərin qanunla müalicəsi pulsuz həyata keçirilir.


Lakin
mətbuatda tez-tez belə xəstələrdən qeyri-rəsmi ödənişlər tələb edildiyi barədə
məlumatlara rast gəlinir. Bu məsələyə münasibətinizi bilmək istərdik?





Nə qədər yaxşı çalışsaq belə belə söz
söhbətlər həmişə var. Lakin həkimlərimiz gündəlik işlərində diqqətli olsalar
belə söz-söhbətlərə yer qalmaz.



M. Məmmədzadə

Əlaqədar Yazılar