ABŞ tankları Azərbaycanla sərhəddə
Amerikanın “Abrams” tankları Gürcüstanda ABŞ ilə birgə keçirilən Noble Partner-2016 miqyaslı hərbi təlimlərə cəlb ediləcək. Təlimlər mayda Tbilisi yaxınlığında keçiriləcək
42-ciparalel.az bildirir ki, bu barədə “Rustavi 2” teleşirkəti Gürcüstanın müdafiə naziri Tina Xidaşeliyə istinadən məlumat yayıb.
Məqsədi Gürcüstan və ABŞ hərbçiləri arasında əməkdaşlığın gücləndirilməsi olan miqyaslı Gürcüstan-Amerika “Layiqli tərəfdaş” (Nobel Partner-2015) hərbi təlimləri keçən ilin mayında keçirilib.
400 gürcü və 200-dən çox amerikalı hərbçinin cəlb edildiyi təlimlər Tiflis yaxınlığında Vaziani hərbi bazasında keçirilmişdi.
Keçən ilki təlimlər üçün Gürcüstana Amerikanın ağır texnikası – 14 ədəd “Bredli” hərbi piyada maşını, lojistikanın təminatı üçün maşınlar, eləcə də təlim üçün ləvazimatlar gətirilmişdi.
2016-cı ilə planlaşdırılmış təlimlər üçün ABŞ-dan mexaniki və piyada bölüklərinin hərbçiləri gələcək.
Gürcü hərbçiləri Amerika tanklarını almazdan öncə ABŞ-ın digər növlü hərbi texnikasında təlimlər keçiblər.
Teleşirkətin məlumatına görə, gürcü tərəfi ABŞ-dan artıq 70 ton hərbi yük alıb və tanklardan başqa da əlavə yükün gətiriləcəyi gözlənilir.
42-ciparalel.az