Dalay Lama xəstəxanaya yerləşdirildi
80 yaşlı dini lider Meyo klinikasında müalicə alır.
Dünyanın tanınmış dini lider
Dalay Lama
xəstəxanaya yerləşdirilib.
42-ciparalel.az-ın məlumatına görə, 80 yaşlı dini lider
prostat vəzindəki
problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlər bu yaşda kişilər üçün bunun adi hal olduğunu da vurğulayıblar.
Dalay Lama
Minesota
ştatının Meyo klinikasında müalicə alır.
XIV Dalay Lama
Tibet
,
Monqolustan
,
Buryatiya
,
Tuva
,
Kalmıkiya
və digər regionlarda yaşayan buddistlərin dini lideridir. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-ın ali mükafatı sayılan Konqressin Qızıl medalı ilə təltif olunub. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq edib.
Dalay Lama 6 yaşından 25 yaşına qədər qeşe-lharamba (“buddist fəlsəfə doktoru”) yüksək alim dərəcəsini alıb.
24 yaşında o Tibetdə yerləşən 3 əsas monastr universitetdə imtahan verib. İmtahan gününün səhərisi Dalay Lama məntiqdən 30 alimə imtahan verib. Günün ikinci hissəsində o, 15 alimlə fəlsəfə haqda disput aparıb. Axşam 35 alim ona monax intizamı və metafizikası haqda suallarla imtahan edib. Dalay Lama 20 000 alim-monaxın iştirakı ilə qeşe-lharamba dərəcəsini alıb.
42-ciparalel.az