Azərbaycan bu reytinqə ilk dəfə daxil oldu
Bəzi kateqoriyalara görə ölkəmiz yüksək balla qiymətləndirilib.
ABŞ-ın
International Property Rights Index
Beynəlxalq Mülkiyyət Hüquqları alyansı illik dünya reytinqi üzrə mülkiyyət hüquqlarının qorunması ilə bağlı siyahıya ilk dəfə
Azərbaycanı
da daxil edib.
42-ciparalel.az-ın məlumatına görə, reytinq bir neçə göstəricilər üzrə hesablanır: hüquqi və siyasi vəziyyət, maddi mülkiyyət hüquqları, əqli mülkiyyət hüquqları, korrupsiyaya nəzarət və s. Siyahı bu il 129 ölkəni əhatə edir. Azərbaycan isə siyahıda 103-cü yeri tutur. Ötən il isə reytinqdə ümumilikdə 97 ölkənin adı yer alıb.
Əlbəttə ki, 103-cü yer o qədər də ürəkaçan olmasa da, ölkəmiz ilk dəfədir bu siyahıya daxil olunur. Bu, o deməkdir ki, biz bu sahələrdə mövcud olan nöqsanları aradan qaldırmaqla siyahıda daha da öndə ola bilərik.
Reytinqdə qonşu ölkələr bizi qabaqlayıb. Belə ki,
Türkiyə
siyahıda 58,
Rusiya
81,
Ermənistan
94,
Gürcüstan
isə 95-ci yerdədir.
Reytinqdə ilk beşliyə aşağıdakı ölkələr daxildir.

Myanma isə 129-cu yerdə olmaqla, siyahını tamamlayır.
Reytinqin müəllifləri Azərbaycanla bağlı qeyd edirlər ki, ölkəmizi siyahıya
Yaxın Şərq
və
Şimali Afrika
(cəmi 20 dövlət) regionunda yerləşən ölkələrdən biri kimi salıblar. Daha sonra qeyd olunur ki, Dünya Bankının məlumatlarına görə, ölkədə adambaşına düşən gəlirlər orta yaşayış səviyyəsindən yuxarıdır.
Ölkəmiz “mülkiyyətin qeydiyyatı” kateqoriyasına görə, 10 baldan mümkün xalı, təxminən 9,7 balı alıb. “Müəllif hüquqlarının qorunması”na görə 1,5 bal, “korrupsiyaya nəzarət”ə görə 3,2 bal, məhkəmə sisteminin müstəqilliyi”nə görə 3,6 bal, “siyasi sabitlik” kateqoriyasına görə isə 4,2 balla qiymətləndirilib.

Reytinq
42-ciparalel.az