Rubldan növbəti antirekord
Bir dollar 84 rubla kimi bahalaşıb.
Rusiya
rublu dollar və avro qarşısında kəskin ucuzlaşıb.
42-ciparalel.az-ın məlumatına görə, şimal qonşumuzda yarım saat ərzində dollar və avro 4%-ə qədər bahalaşıb.
Moskva
birjasında dolların məzənnəsi rubl ilə müqayisədə artaraq, 84 rubl təşkil edir.
Avronun məzənnəsinə gəldikdə isə, o 3 rubldan çox artaraq 92,555 rubla çatıb. Bəzi ekspertlər tezliklə dolların 85 rubla, avronun isə 100 rubla satılacağını istisna etmirlər.

Sonuncu dəfə rublun məzənnəsi 1998-ci ildə belə aşağı olub.
Birjalarda baş verənlərə Rusiya Prezident Administrasiyası da münasibətini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə valyuta bazarlarındakı kəskin dəyişmələri rublun çökməsi hesab etmirlər. Onun sözlərinə görə, hazırda Rusiya Mərkəzi Bankı bazarlardakı vəziyyəti diqqətlə izləyir. “Bazarlarda baş verən proseslər barədə prezidentə də məlumat verilir”.
Əslində, rublun dollar qarşısında zəifləməsi dünya bazarında neftin kəskin ucuzlaşması fonunda baş verir. Bununla bağlı Rusiyanın sabiq maliyyə naziri
Aleksey Kudrin
İsveçrənin
Davos
şəhərində
Ümumdünya iqtisadi forumunda
çıxış edərək, neftin qiyməti bir barelə görə 16-18 dollara qədər azalacağını deyib.
“Bu gün biz həqiqətən də bu məsələni sübut edəcək faktlar üzərində işləyirik. Deyə bilərəm ki, neftin qiyməti 18, hətta, 16 dollara qədər aşağı düşəcək. Amma təbbi ki, sonradan yenidən qalxacaq”, – deyə o, bildirib.
Aleksey Kudrin – Rusiyanın sabiq maliyyə naziri
Sabiq nazir onu da qeyd edib ki, rus rublunun aşağı səviyyəyə enməsi Rusiya iqtisadiyyatının cari şəraitə uyğunlaşmasına tez imkan verəcək. Bu, eyni zamanda bir-iki ilə iqtisadiyyatın yavaş-yavaş qalxmasına şərait yaradacaq.
42-ciparalel.az