Azərbaycan əsgərləri qayıtdı (FOTO)
42 nəfərdən ibarət hərbi qulluqçu Əfqanıstandakı missiyasını başa vurub.
42-ciparalel.az-ın məlumatına görə,
NATO-nun
2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixindən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Bu gün Əfqanıstandan qayıdan əsgərlər
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu yanvarın 7-də Əfqanıstana yola salınıb.
Əfqanıstana yola düşən əsgərlər
1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı Ordusu yaranıb, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri
Kosovoda
, Əfqanıstanda və
İraqda
Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.
Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi, 2008-ci ildə daha 23 nəfər, sonralar daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilib. Hal-hazırda isə onların sayı 98-ə çatıb.
42-ciparalel.az