SIĞORTA ŞİRKƏTLƏRİNƏ İNAMSIZLIQ, ƏHALİNİN SIĞORTA BARƏSİNDƏ BİLİKLƏRİNİN AŞAĞI SƏVİYYƏDƏ OLMASINDAN İRƏLİ GƏLİR



Müsahibimiz


:


Azərbaycan Respublikasının Dövlət Sığorta


Kommersiya Şirkətinin sədri
Məmməd Məmmədovdur


.


– “Dövlət Sığorta Kommersiya
Şirkəti” Açıq Tipli Səhmdar Cəmiyyətinin ölkənin sığorta bazarında
reytinqini necə dəyərləndirirsiniz?


Dövlət Sığorta Şirkəti Respublika Sığorta bazarında ən təcrübəli və
geniş şəbəkəyə malik olan, ixtisaslı kadr potensiyalına malik olan şirkətdir.
Dövlət Sığorta Şirkəti 2011-ci ildə öz 90 illik yubileyini qeyd etmişdi. 30
könüllü və 8 icbari sığorta növü üzrə hüquqi və fiziki şəxslərə sığorta xidməti
göstərməklə, əhalinin sosial müdafiəsinə sığorta təminatını yaradan iqtisadi
qurumdur. 2012-ci ilin nəticələrinə əsasən Respublikada fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının 10%-i şirkətin payına
düşməklə birinci beşliyə daxildir. Şirkətin fəaliyyəti sığortalılar və kütləvi
informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri
arasında bir neçə il mütəmadi olaraq “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.
Buda şirkətin çoxsaylı kollektivinin daha yüksək nailiyyətlər qazanmağa
istiqamətləndirir, əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta
xidməti göstərməyə sövq edirik. Şirkətimiz sığorta xidmətlərinin və
idarəetmənin beynəlxalq tələblərinə uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin
yüksəldilməsinə və təkmilləşdirilməsinə görə Beynəlxalq İSO 2000-2001 keyfiyyət
sertifikatı almışdır.


-“Dövlət Sığorta Kommersiya
Şirkəti” biznesin inkişafına dair hansı işlər görülür?


Dövlət Sığorta Şirkəti sığortalıların marağına və Respublikanın
ənənələrinə uyğun olan yeni sığorta qaydalarının hazırlanması istiqamətində
mühüm işlər görür. Sığorta risklərinin əhatə dairəsini genişləndirmək və
tarifləri aşağı salmaqla sığortalıların tələbinə və büdcəsinə cavab verən
sığorta qaydaları hazırlanıb əhali arasında realizə edilir. Bunlardan
“Avtonəqliyyat vasitələrinin kompleks sığortası”, “Mənzillərin təmir
sığortası”, “Tikintilərin könüllü sığortası”, “Peşə məsuliyyətinin sığortası”
və s. misal çəkmək olar. Aqrar sahə sığ


orta işi üçün az rentabelli olmasına
baxmayaraq şirkətimiz kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortası
sahəsində də mühüm işlər görür. Sığorta bazarının inkişafı daima dövlətin
diqqət mərkəzində olmuşdur. Respublikamız öz müstəqilliyini bərpa etdikdən bu
günə qədər sığorta bazarının inkişafı ilə bağlı bir sıra normativ-hüquqi aktlar
qəbul edilmişdir. O cümlədən, “Kənd təsərrüfatında sığortanın
stimullaşdırılması” haqqında, qanunun tələbinə uyğun olaraq kənd təsərrüfatı
bitkiləri məhsullarının sığortası üzrə hesablanan sığorta haqlarının 50% -i
büdcə vəsaiti hesabına ödənilir ki ,bu da bu sahə ilə məşğul olan hüquqi və
fiziki şəxslərin mənafelərini qorumaqla bərabər Respublikada strateji
bitkilərin inkişafına öz müsbət təsirini göstərir.


Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə
qəbul edilmiş “İcbari sığortalar ” haqqında Qanunda bilavasitə əhalinin sosial
müdafiəsinə əlavə sığorta təminatı yaradılmasına xidmət edir. Belə ki, daşınmaz
əmlakın icbari sığortası üzrə hüquqi və fiziki şəxslərə məxsus yaşayış evləri,
mənzillər və qeyri-yaşayış tikililərinin sığortası məcburidir. Məlum olduğu
kimi son 10 ildə Respublika İqtisadiyyatının dinamik inkişafı əhalinin maddi rifah
halının yaxşılaşdırılması, Respublikada avtomobil parkının sürətli inkişafına
səbəb olmuşdur .Ölkəmizdə avtomobillərin sayının 1200000 çatması yol nəqliyyat
hadisələrinin sayının artmasına və həmin hadisələr nəticəsində NVS-nə dəyən
zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədilə  “İcbari Sığorta Haqqında” Qanunun bir bölməsi
buna aid edilmişdir. Buda yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat
vasitəsi sahiblərinə dəyən zərərlərin ödənilməsinə təminat yaradır. Bütün bu
qeyd olunanlar  Dövlət Sığorta Şirkətinin
daima inkişafına və tərrəqisinə xidmət edir.


-Ümumilikdə Azərbaycanda sığorta
bazarını necə dəyərləndirirsiniz. Problemlər nədən ibarətdir?


Respublikada Sığorta Biznesi yeni biznes sahəsi olmasına baxmayaraq
daima inkişafdadır. Sığorta bazarının tənzimlənməsi üçün ilk dəfə 1993-cü ildə
“Sığorta haqqında ” Qanun qəbul edilmişdir.


Hazırda Sığorta bazarının Beynəlxalq Standartlara uyğun formalaşması və təkmilləşdirilməsi
məqsədilə 2007-ci ildən qüvvədə olan “Sığorta fəaliyyəti” haqqında Qanun qəbul olunmuşdur. Sığorta bazarı son 10 ildə daha da sürətlə inkişaf etmişdir. Belə
ki , sığorta bazarında fəaliyyət göstərən 28 sığorta şirkətləri tərəfindən
2003-cü ildə 57,5 milyon manat sığorta haqqı toplanmışdırsa, 2012-ci ildə isə
342,5 milyon manat sığorta haqqı toplanmışdır ki, bununda 10,0%-i Dövlət
Sığorta Şirkətinin payına düşür. Bu da həmin dövrdən 6 dəfə çoxdu.


Sığortaçılar və ölkə əhalisi sığorta
sahəsinə dövlətin qayğısını daima hiss edir və bundan faydalanır.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi Sığorta bazarınında özünə məxsus
problemləri vardır.


Problemlərin
başlıcası əhalinin sığortanın mahiyəti və səmərəliliyi ilə əlaqədar
maarifləndirilməməsi, ixtisaslı kadrların hazırlanmaması, əhali arasında
kütləvi izahat işlərinin zəif təşkil olunmasıdır.





Beynəlxalq şirkətlərlə
tərəfdaşlığınız hansı səviyyədədir?


Şirkətimiz Sığorta və təkrar sığorta işini daha da inkişaf etdirmək
məqsədilə bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir.
Dövlət Sığorta Şirkəti müstəqil Şirkət kimi fəaliyyət göstərdiyi dövrdən
İngiltərənin “Lloyd” sığorta Korporasiyası Almaniyanın “Munich RE “, Türkiyənin
“Yapı Kredi” və ” Mərkəz”, Rusiyanın ” İnqostrax “, Yaponiyanın “Tokyo Marin” Şirkətləri
ilə sığorta və təkrarsığorta sahəsində əməkdaşlıq edir.


-Sizin şirkət həmçinin “ASAN Xidmət” mərkəzlərində sığorta
xidmətləri təklif edir. Bu sizə hansı dividentlər gətirir?


Dövlət Sığorta Şirkəti ilə “Asan”
xidməti arasında gələcəkdə əməkdaşlıq edilməsi, Sığorta xidmətlərinin bu qurum
vasitəsi ilə əhaliyə realizə edilməsi istiqamətində




danışıqlar aparılır. Güman edirik ki,
əməkdaşlıq formatının seçilməsindən sonra artıq bu işə start veriləcək və əhali
arasında populyar olan “Asan” xidmət tərəfindən Dövlət Sığorta Şirkətinin
Sığorta Polislərinin satılması həyata k


e


çiriləcəkdir.


– Bu bir reallıqdır ki, əhalidə sığorta şirkətlərinə etibar
istənilən səviyyədə deyil. Bu problemin aradan qaldırılması üçün hansı addımlar
atılmalıdır?


İ


namsızlığının əsas
səbəblərindən biri əhalinin Sığorta barədə biliklərinin aşağı səviyədə
olmasından irəli gəlir. Belə ki,




Sığorta Şirkəti yalnız təssərüfat üçün yararlı olan,




qəza vəziyyətində olmayan əmlakların
sığortaya qəbul edir, onların yalnız müqavilədə şərtləşdirilmiş hadisələr nəticəsində
zədələnməsi hallarında dəyən zərərlərin ödənilməsinə təminat verir.



Lakin bəzi vətəndaşlar belə hesab edirlər ki, əmlak hansı
hadisədən zədələnməsinə və məhv olmasına baxmayaraq, Sığorta Şirkəti bu zərəri
ödəməlidir. Bununla əlaqədar hər bir müqavilə bağlanarkən müqavilənın şərtləri
sığortalının və sığortaçının hüquq və vəzifələri onlara izah









olunur. Bununla da
biz əhali arasında Sığortaya inam yaratmağa nail oluruq.







Mehriban Məmmədzadə


Əlaqədar Yazılar