Meyitləri 34 yaşlı kişinin işə gəlməməsində şübhələnən dostları aşkar ediblər.
Bakının
Nərimanov rayonunda
qətlə yetirilən ana və oğlunun meyiti Aleksandr Gennadiyeviçin dostları tərəfindən aşkarlanıb.
42-ciparalel.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 34 yaşlı Aleksandr bir neçə gündür işə getmədiyini görən dostlar onun axtarışına başlayıb və evinə üz tutub. Evə gələndə isə qapını açan olmayıb.
Dərhal
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasedicilərinə xəbər verilib. Xilasedicilər və qonşuların köməkliyi ilə mənzilin qapısını açıblar. Məlum olub ki, ana və bala -1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmov evdə dünyasını dəyişib.
Aleksandr Gennadiyeviç
Bakıda
beynəlxalq şirkətlərdən birində işləyirdi.
Araşdırma zamanı müəyyən olunub ki, qatil cinayəti törətdikdən sonra qapını bağlayıb. Bu isə şübhə yaradır ki, qatil ev sahiblərinə yaxın bir insan olub.
Paytaxt Bakıda mənzillərdən birində üzərində xəsarətlər olan iki meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açılıb. Onların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Qətlə yetirilən Aleksandr Janna Məhərrəmovanın oğludur.

Hadisə baş verən ərazi
Hüquq-mühafizə orqanlarından məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, A. M. Cümə küçəsi ev 4, mənzil 21-də cəsədi aşkarlanan hər iki şəxs öz əcəli ilə dünyasını dəyişməyib. Hər iki şəxsin baş nahiyəsindən küt alətlə xəsarət yetirilərək öldürülüb.
Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qətlə yetirilən Aleksandr Məhərrəmov


Qətl törədilən bina
42-ciparalel.az
