Search for:

13 min kişinin saqqalı zorla kəsildi

Paylaş:



Tacikistanda

dini radikalizmin yayılmasının qarşısının alınması üçün radikal addım atılıb.




Tacikistanda hökumət ölkənin təhlükəsizliyini təhdid etdiklərini düşündükləri radikal dindarlarla mübarizəni genişləndirib.42-ciparalel.az-ın məlumatına görə, son bir həftədə 13 min kişinin saqqalı zorla kəsilib. Polis


1700 qadını isə baş örtüyünü çıxarmağa inandırıb.


Qara çarşab geyinən 89 qadın isə fahişəliklə məşğul olmaqda ittiham edilərək tutulub.


Qara çadra satan 169 mağaza bağlanıb.







Tacik kişi




Ölkə mətbuatında yer alan məlumata görə, bu tədbirlər ölkəni yad təsirlərdən qorumaq məqsədi ilə keçirilib.


Saqqal kəsmə “yad mədəniyyətə” qarşı mübarizənin bir hissəsidir.


Ölkə prezidenti

Emomali Rahmon

da yad mədəniyyətin dalınca getməməmyi məsləhət görmüşdü. “Başqalarının dəyərləri qarşısında əyilməyin. Qara geyimlər yox ənənəvi görünüş və biçimli geyimlər geyinin”. O, deyib ki, tacik qadını hətta matəm zamanı da qara yox ağ geyimdə olub.


Bundan başqa ötən həftə tacik parlamenti yeni diğulan uşaqlara ərəb mənşəli adların verilməsini qadağan etmişdi.








Tacik qadınların rəngarəng baş örtüyü

42-ciparalel.az

Paylaş: