Eldar Sabiroğlunun oğlu azadlıqda
Zərdabın sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb.
Bu gün Binəqədi rayon Məhkəməsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu,
Zərdab
rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun məhkəməsi olub.42-ciparalel.az-ın məlumatına görə, iclasda
barəsində seçilən həbs qətimkan tədbirinin
dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı yanvar ayının 18-də verilən şikayətə baxılıb. Sabiq müstəntiqin hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan məhkəmə prosesində şikayətə baxılıb və vəsatət təmin edilib.
Rüfət Səfərov
ev dustaqlığına buraxılıb.

Bəhruz Bayramov – Rüfət Səfərovun hüquqlarını müdafiə edən vəkil
Yanvar ayının 15-də
Zərdab
rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
R.Səfərov barəsində həbs-qətimkan tədbiri seçilərək Binəqədi rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında”
Azərbaycan Respublikası
Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
Yanvar ayının 16-da Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülən keçmiş müstəntiqin səhhətində köçürüləndən 2 gün sonra problem yaranıb.
Dekabrın 18-də ANS PRESS-ə oğlunun səhhəti ilə bağlı açıqlama verən R. Səfərovun atası
Müdafiə Nazirliyinin
mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu bildirmişdi ki, Rüfətin səhhətində problem yaranıb və saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təcili yardım əməkdaşları çağırılıb. Bildiyimə görə, hazırda onun vəziyyəti normaldır. Onsuz da Rüfət yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi.

Eldar Sabiroğlu – Rüfət Səfərovun atası
42-ciparalel.az