Search for:

İlham Əliyev yenidən Gürcüstana gedir

Paylaş:

Bu barədə Gürcüstanın baş naziri açıqlama verib.


Yaxın vaxtlarda Azərbaycan prezidenti


İlham Əliyev


Gürcüstana səfər edəcək.




42-ciparalel.az-ın məlumatına görə, bu barədə


Davosda


İlham Əliyevlə görüşən Gürcüstanın baş naziri


Georgi Kvirikaşvili


jurnalistlərə açıqlamasında bildirib.




Kirikaşvili qeyd edib ki, Əliyevlə görüşdə təbii qazın nəqli ilə bağlı müzakirə aparılmayıb. Onun sözlərinə görə, bu, sırf texniki xarakterli məsələdir. Baş nazir bildirib ki, təbii qazın nəqli ilə bağlı məsələdə Gürcüstan və Azərbaycan arasında tamamilə heç bir fikir ayrılığı yoxdur.







“İlham Əliyevlə görüş dostluq və isti abu-havada keçdi. Biz həqiqətən təbii qazın nəqli barədə danışmadıq. Dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz birgə həyata keçirdiyimiz layihələrlə çox optimistik .İpək yolu layihəsi, Bakı-Tbilsi-Qars ölkələrimizin iqtisadiyatının inkişafı üçün əhəmiyyətli mənbə yaradacağıq”, – deyə Kvirikaşvili bildirib.











Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan prezidenti Gürcüstana gedəcək.









Davos xəritədə




Qeyd edək ki, Azərbaycan prezidentinin Gürcüstana son səfəri keçən ilin noyabrında olub.


42-ciparalel.az

Paylaş: