Azərbaycan 200 min dollarlıq cərimədən xilas ola bilər
Qərar ikinci dopinq testindən sonra veriləcək.
”
Amerika Birləşmiş Ştatlarının (ABŞ)
Hyuston şəhərində keçirilən dünya çempionatında 6 idmançısı dopinq qəbul etməkdə ittiham olunan və
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF)
tərəfindən 200 min dollar cərimələnən Azərbaycan bu məbləği ödəməyə bilər”.
Bu barədə 42-ciparalel.az-a
Azərbaycan Hava Yollarının (AZAL)
mətbuat katibi Paşa Kəsəmənski məlumat verib.
Onun sözlərinə görə, 200 min dollar (320 min manat) cərimənin ödənilməsi üçün
Azərbaycan
tərəfinə hələlik heç bir bildiriş göndərilməyib:
“Birinci mərhələdə 6 idmançımızın dopinq qəbul etdiyi öz təsdiqini tapıb. Ancaq yaxın vaxtlarda dopinq testi yenidən keçiriləcək. Əgər həmin testdə də əvvəlki nəticələr təkrarlansa, o zaman Beynəlxalq Ağır Atletika Federasiyası bizə cərimənin ödənilməsi üçün yazılı müraciət edəcək. Yalnız o zaman pul ödənəcək. Hələlik isə
Azərbaycan Ağır Atletika Fererasiyasına
bununla bağlı heç bir bildiriş daxil olmayıb”.
Hyuston şəhəri xəritədə
ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında dopinq qəbul edən idmançılar dekabr ayının 28-də cəzalanıb.
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycanı 200 min dollar cərimələyib. Bu barədə Fokus sport yazıb.
Bildirilir ki, ən çox qanunu pozan Azərbaycan yığmasının idmançıları olub (6 idmançı).
Rusiyanın
4 idmançısı,
Qazaxıstan
,
Moldova
və
Şimalı Koreyanın
isə 3 atletinin dopinq qəbul etdiyi məlum olub.
Məlumata görə, Federasiya Rusiyanı 100 min dollar, digər ölkələri isə 50 min dollar məbləğində cərimələyib. Ölkələr cərimələrini ödəməsələr, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya verilməyəcək.

Elxan Əliquluzadə – dopinq aşkarlanan ağır atletimiz
Cərimədən bir müddət əvvəl, ağır atletlərimiz Valentin Xristov, Firuddin Quliyev, Elxan Əliquluzadə, İntiqam Zairov, Dadaş Dadaşbəyli, Silviya Anqelova dopinq testindən keçə bilməyiblər. Əlavə edək ki, əgər ilk nəticələrin göstəriciləri ikinci dəfə aşkar olunsa, Dadaşbəyli istisna olmaqla digərləri idmandan ömürlük kənarlaşdırıla bilərlər.
Bolqarıstanlı
legioner Valentin Xristov 2012-ci ildə
Böyük Britaniyanın
paytaxtı
London şəhərində
keçirilən
Yay Olimpiya Oyunlarının
bürünc mükafatçısıdır. 2012, 2013 və 2015-ci illər daxil olmaqla 9 qat Avropa Çempionu olub.
42-ciparalel.az