Qardaşını 18 il qarnında daşıdı – ŞOK FOTO
Hindistanda yaşayan gəncin əkiz qardaşı qarnından çıxarılıb.
Qarın ağrıları ilə xəstəxanaya müraciət edən 18 yaşlı Narendra Kumarı müayinə edən həkimlər təəccüblü hadisə ilə qarşılaşıblar.
Kumar dünyada bu vaxta qədər 200 nəfərdə rast gəlinən “döl içində döl” diaqnozu ilə əməliyyat edilib. Məlum olub ki, hələ ana bətnindəykən qardaşı onun bədəninə düşüb və orada yaşamağa başlayıb.
Kumarın qarnından çıxarılan dölün saçları və dişi olub, uzunluğu isə 20 sm-ə çatıb. Həkimlər dölün texniki olaraq yaşadığını deyib. Çünki o, yaşayan bir bədənin içərisində böyüyüb.

42-ciparalel.az