Search for:

Azərbaycan “Formula 1” üçün 150 milyon ödəyəcək

Paylaş:


İtaliyalı avtomobil klubunun başçısı Stiççi Damianinin açıqlaması.

Azərbaycanın




“Formula 1”


yarışlarının keçirilməsi üçün ödəyəcəyi məbləğ açıqlanıb.




42-ciparalel.az-ın məlumatına görə, ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. Bu barədə “Autoweek” saytı məlumat yayıb.


İtaliya


avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın “Formula 1” rəhbəri


Berni Ekklstouna


2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq


Qran-Priyə


görədir.









Berni Ekklstoun- “Formula 1” yarışlarının rəhbəri




Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Priyə görə ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, “Formula 1” İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.




Gənclər və idman naziri


Azad Rəhimov


da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi.




Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir.












Bakıda keçiriləcək “Formula-1” yarışları zamanı avtomobillərin hərəkət xəritəsi




Bir müddət əvvəl “Reuters” agentliyi Avropa öləkələrinin digər ölkələrdən fərqli olaraq bu yarışların keçirilməsinə daha az məbləğ xərclədiyini yazıb. Agentliyinin məlumatına görə


Bəhreyn





Birləşmiş Ərəb Əmirlikləri


kimi ölkələr hər il yarışlara 40 milyon dollardan çox pul ödəyirlər.




Bu arada neftin dünya bazarında qiymətinin düşməsi ölkəmizdə keçiriləcək Formula 1 Qran Prisinə


təsir etməyəcək


. Bu haqda təşkilat komitəsi məlumat verib.”Bakıda keçiriləcək Formula 1 yarışları üçün ayrılan büdcə dollarla qəbul olunub və büdcədə heç bir dəyişiklik gözlənilmir.”




Azərbaycanın 2016-cı ildə “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə ötən il iyul ayında


imzalanıb.


“F-1″lə bağlı çıxış edən gəcnlər və idman naziri Azad Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının


Azadlıq meydanının


seçiləcəyini, yarışların isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.




Ötən ilin iyul ayının 11-də isə Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında “Formula 1” yarışlarınınn


2016-cı il üzrə cədvəli təsdiq edilib.




Yarışlar Bakıda 17-19 iyun tarixləri arasında baş tutacaq.

42-ciparalel.az

Paylaş: