Dolların 3 günə olan qiyməti bilindi
ABŞ valyutası gələn həftəyə bahalaşma ilə başlayacaq.
Azərbaycan
Mərkəzi Bankı
(AMB) yanvarın 25-nə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.
AMB-dən 42-ciparalel.az-a verilən məlumata görə, yanvarın 25-də USD/AZN rəsmi məzənnəsi 1,6054 səviyyəsində müəyyən olunub.
Bu gün dollar 1,6028 manat təşkil edib. Bununla da dollar 0,0026 manat bahalaşıb. Yanvarın 25-ə olan məzənnə 23-24 yanvar tarixində də qüvvədə olacaq.


AMB-nın bu günə olan məzənnəsi
Azərbaycan
Mərkəzi Bankın
(AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə
üzən məzənnə rejiminə
keçid edib. Bu qərar nəticəsində
manatın
məzənnəsi sürətlə ucuzlaşıb.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə
manatın
ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
42-ciparalel.az