Search for:

London-Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

Paylaş:


Təyyarənin məcburi eniş etməsinə səbəb olan sərnişin dünyasını dəyişib.


Londondan


Hindistana

uçan “Mumbai-Bound Air” təyyarəsi

Bakının


Heydər Əliyev Hava limanında

eniş edib.


42-ciparalel.az-ın məlumatına görə, göyərtəsində 299 nəfərin olduğu təyyarənin təcili Heydər Əliyev Hava limanında enməsinə səbəb göyərtədə bir sərnişinin vəziyyətinin pisləşməsi olub.


London-Hindistan reysini yerinə yetirən “Boeing Dreamliner (B-787)” təyyarəsi ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından çıxıb və səhər saat 04:00-da

Mumbayın

Chhatrapati Shivaji beynəlxalq hava limanına çatmalı idi.


Lakin təyyarə bu gün saat 13:00-da Mumbaya çatacaq.





Boeing Dreamliner (B-787)


Artıq Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.

“Azərbaycan Hava Yolları” QSC-dən

42-ciparalel.az-a verilən məlumata görə, vəziyyəti pisləşən sərnişin keçinib.


Son dəfə Bakıda təcili eniş ötən ilin may ayında olub. Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə uçan “Boeing-757” təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb.


42-ciparalel.az

Paylaş: